• Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Əlcəzair Prezidenti Prezident İlham Əliyevi təbrik edib

adminredaktor by adminredaktor
22 May 2023
in Siyasət
0
0
Paylaşım
3
Oxunma
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

İnformasiya.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha çox inkişaf, firavanlıq və tərəqqi diləməkdən məmnunluq duyuram.

Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir.

Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim.

Zati-aliləri cənab Prezident, əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Əvvəlki xəbər

Mehriban xanım Əliyeva Litvadan paylaşım edib: Səmimi qəbula və qonaqpərvərliyə görə çox sağ olun!

Növbəti xəbər

YARAT “Muzey Gecəsi” tədbirini tamaşaçılara uğurla təqdim etdi

Növbəti xəbər

YARAT "Muzey Gecəsi" tədbirini tamaşaçılara uğurla təqdim etdi

Browse by Category

  • Digər
  • Dünya
  • Gündəm
  • Heydər Əliyev İli
  • İqtisadiyyat
  • Qarabağ
  • Qərbi Azərbaycan
  • Seçilmiş xəbərlər
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xüsusi
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.