İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 İyul, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) tərəfdaşlığı ilə Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 3-5 iyul tarixlərində keçirilən “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb. Düşərgə əsasən, Azərbaycanda təhsil alan İƏT üzv ölkələrdən və qismən yerli tələbələrdən ibarət olmaqla, ümumilikdə, 60 nəfər gənci bir araya gətirərək, onları strateji əməkdaşlıq, innovasiya və beynəlxalq şəbəkələşmə sahəsində birləşdirib.

Düşərgənin birinci günü təlimlər sessiyasında, mərkəzin layihə meneceri Nurlan Mollayevin rəhbərliyi ilə keçirilən “Şəbəkələşmə” sessiyası gənclər arasında əlaqələrin qurulmasına həsr olunub. Daha sonra “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın baş katibi Momeena Mehdinin moderatorluğu ilə keçirilən “Yaradıcı sessiya”nda iştirakçıların innovativ düşüncə qabiliyyətləri müzakirə olunub. Bu sessiya çərçivəsində “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın gələcək quruculuq prosesi geniş müzakirə olunub və bu təşəbbüs iştirakçılar tərəfindən region gəncləri arasında dayanıqlı platformanın formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib. İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin strukturu və qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.

Günün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun iştirakçılarla görüşü olub. Görüş zamanı nazir Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənclərin şəxsi inkişafı və cəmiyyətdəki fəal mövqeyi üçün yaradılan geniş imkanlardan bəhs edib. Daha sonra görüş interaktiv müzakirə formatında davam edib.

Tədbirin ikinci günü düşərgə öz işinə gimnastika idman növü üzrə səhər idmanı və rəsmi diplomatik görüşlə başlayıb. İştirakçılar İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Berlian Helmi ilə görüşüblər. Səfir gənclərlə söhbətində beynəlxalq arenada diplomatiya, dövlətlərarası əlaqələrin gənclər vasitəsilə gücləndirilməsi və mədəniyyətlərarası dialoqda gənclərin iştirakının əhəmiyyəti haqqında öz təcrübəsini bölüşüb.

Düşərgə ərzində gənclər  aktiv idman sessiyaları, “3 Söz Çağırışı” adlı ideaton və Kür çayında gəzinti,  Azərbaycan Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayevin rəhbərliyi ilə “Rəqəmsal bacarıqlar və süni intellekt” mövzusunda təlim,  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin izlənməsi, “Mentimeter” platforması vasitəsi ilə müzakirələr, avarçəkmə idman növü ilə tanışlıq kimi fəaliyyətlərlə də məşğul  olublar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın sülh diplomatiyası

Əlaqədar Xəbərlər

COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

4 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

5 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Rəqəmsal transformasiya Azərbaycanın dayanıqlı inkişafında əsas istiqamətlərdəndir

16 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

2 gün əvvəl
Gündəm

Şahin İsmayılov növbəti dəfə vətəndaş qəbulu keçirib

4 gün əvvəl
İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu
Gündəm

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

6 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

2 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

4 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

5 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Rəqəmsal transformasiya Azərbaycanın dayanıqlı inkişafında əsas istiqamətlərdəndir

16 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.