İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

3 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Xəbər verildiyi kimi, Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsini nəzərdə tutan Konstitusiya qanunu layihəsi qəbul olunub. Layihə adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, Korsikaya daha geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur.

Sağçı Respublikaçılar partiyası bu muxtariyyət hüququ ideyasına tamamilə qarşı çıxaraq ölkənin vahidliyinin qorunmasını tələb edir. Solçu liberal partiyalar isə Korsika nümayəndələrinin özünüidarəetmənin həyata keçirilməsini dəstəkləyirlər. Məlum sənədlə bağlı Azərbaycan Respublikasının Milli Məclisi də bəyanat yayıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İSMAYILOV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan daim ən yüksək beynəlxalq platformalardan müasir dünyamızda kolonializmin davam etməsindən dərin narahatlığını ifadə edib. O qeyd edib ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean və Latın Amerikasında bir sıra xalqlar bu gün də əsarət altında yaşayırlar: “Yaxşı haldır ki, artıq uzun illər müstəmləkə şəraitində yaşayan xalqlar öz hüquq və azadlıqlarını təmin etmək yolunda mühüm tarixi nailiyyətlər əldə edirlər. Bu xüsusda Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin qəbul edilməsini qeyd etmək olar. Azərbaycan Respublikasının Milli Məclisinin bu əlamətdar hadisə ilə bağlı bəyanatında da qeyd olunduğu kimi, bu hadisə Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir. Bu qərar onu göstərir ki, xalqların qanuni və legitim tələblərinin siyasi müstəvidə həlli mümkündür”.

Deputat Milli Məclisdə Korsika xalqına dəstək qrupunun fəaliyyət göstərdiyini xatırladaraq bildirib ki, müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmaq məqsədilə Bakı Təşəbbüs Qrupu yaradılıb, bir sıra beynəlxalq tədbirlər təşkil olunub və bütün bunlar Azərbaycanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlara, o cümlədən Korsika xalqına dəstəyinin bariz nümunəsidir.

Ş.İsmayılov hesab edir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan bu fəaliyyətlər Korsika xalqının hüquq və azadlıqları ilə bağlı məsələlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: “Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi. Böyük qürurla qeyd etmək istərdik ki, Azərbaycanın kolonializmə qarşı mübarizə sahəsində səyləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Təbii ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, ölkəmizin qlobal müstəvidə oynadığı fəal rolun əyani təzahürüdür”.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

Növbəti xəbər

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

4 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

23 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

3 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

4 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.