İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanmışdır. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu  ordu quruculuğu, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi, Hərbi Akademiyanın yaradılması hərb sahəsində peşəkar milli  kadr ehtiyatının formalaşması  nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.

Güclü Ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Ali Baş Komandan Ilham Əliyev “ Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”. Bu gün Azərbaycan Ordusu dövlətimizin,  müstəqilliyimizin qarantıdır. Ümummilli Liderin layiqli davamçısı  Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində torpaqlarımızın  işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin  toxunulmazlığının təmin edilməsi  güclü Ordunun, vətənpərvərlik  ruhunun yüksək səviyyədə olmasının göstəricisidir. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Bu gün xalqla ordu arasındakı  birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. Xalqla ordunun arasındakı möhkəm əlaqənin,  sarsılmaz birliyin  mövcud olması ordumuzun  gücünü artırır.  44 günlük  müharibədə xalq ordusuna dəstək oldu.  Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi  olaraq  insanlar ordumuzla həmrəylik nümayış etdirdi. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi fədakarlık və qətiyyəti, igidliyi sayəsində işğal altında olan torpaqlaımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Qazanılan bu tarixi qələbə Azərbaycan dövlətinin strateji planlaşdırma qabiliyyətini, eləcə də xalq–ordu birliyinin real gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədən qalib çıxan Azərbaycan xalqı bir daha Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin uzaqgörənliyinə və tarixi əhəmiyyətinə şahidlik etdi.  26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi xüsusi önəmin ifadəsidir. Bu qərar həmin siyasətin nə qədər məqsədyönlü və praqmatik olduğunu zamanın gedişində bir daha təsdiqlədi. Beləliklə, formalaşdırılan və inkişaf etdirilən Azərbaycan Ordusu bu tarixi zəfərdə həlledici rol oynadı və dövlətin gücünün əsas təminatçısı kimi özünü təsdiq etdi.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında formalaşan ordu quruculuğu və möhkəmlənən xalq–ordu birliyi bir daha xalqımızın, dövlətimizin gücünü, eləcə də bu sarsılmaz həmrəyliyin əzəmətini nümayiş etdirdi. Bizə zəfər sevincini yaşadan Silahlı Qüvvələrimizlə xalqımız haqlı olaraq fəxr edir. Çünki ordu dövlətimizin qüdrətinin və milli təhlükəsizliyimizin əsas təminatıdır.

Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan–Türkmənistan tərəfdaşlığı Orta Dəhlizin inkişafına mühüm töhfə verir

Növbəti xəbər

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.