İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Son illərdə ətir bazarında seçim imkanları artsa da, keyfiyyət və təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Mövzuyla bağlı Maiden Tower Perfume-un qurucusu, dünyanın bir çox ətir zavodlarını təmsil edən Al Kaya fragrancenin Bakı təmsilçisi, TÜRKDAQ rəhbəri  Dilbər Coşqunsoy jurnalistlərə müsahibə verib.

– Dilbər xanım, ətir sahəsinə necə gəlmisiniz?

– Universitet müəllimi və eyni zamanda təşkilatçı, təhsil eksperti olsam da ətir və kosmetika  dünyasına marağım uzun illər əvvəl yaranıb. Bu sahədə elmi biliklərim və araşdırmalarım olduğu üçün parfümeriyaya yalnız ticarət kimi deyil, kimya, sağlamlıq və sənətin birləşdiyi bir sahə kimi yanaşıram. Al Kaya Fragrance Company ilə əməkdaşlığım bu istiqamətdə fəaliyyətimi genişləndirdi. Daha sonra isə təxminən 5 il əvvəl Maiden Tower Perfume brendini yaratdıq. Bu gün də fəaliyyətimizi keyfiyyət, təhlükəsizlik və peşəkarlıq prinsipləri üzərində qururuq.

– Sizcə bazarda ən ciddi problem nədir?

– Təəssüf ki, bəzi hallarda daha çox qazanc əldə etmək, məhsulu daha ucuz qiymətə təklif etmək və ya miqdarını artırmaq məqsədilə keyfiyyəti şübhə doğuran maddələrdən istifadə edilir. İnsanlar çox vaxt qablaşdırmaya və ya qiymətə diqqət yetirirlər, amma ətirin içində nə olduğunu bilmirlər. Ətir birbaşa dəri ilə təmasda olan məhsuldur. Keyfiyyətsiz komponentlər, düzgün təmizlənməmiş spirtlər və mənşəyi məlum olmayan qatqılar bəzi insanlarda allergik reaksiyalar, dəri qıcıqlanmaları və digər sağlamlıq problemləri yarada bilər. Qısamüddətli qazanc naminə insanların sağlamlığının riskə atılmasını doğru hesab etmirəm.

– Keyfiyyətli ətiri necə tanımaq olar?

– Keyfiyyətli ətir ilk növbədə keyfiyyətli xammaldan başlayır. Tərkibində istifadə olunan aromatik komponentlər, efir yağları və xüsusilə parfümeriyada istifadə edilən etanol ciddi seçimdən keçməlidir. Etanolun keyfiyyəti həm qoxunun inkişafına, həm də məhsulun təhlükəsizliyinə birbaşa təsir edir. İstehsalçı üçün ən vacib məsələ yalnız gözəl qoxu yaratmaq deyil, eyni zamanda sağlamlıq üçün təhlükəsiz məhsul təqdim etməkdir.

– Maiden Tower Perfume-də sizin fəaliyyət istiqamətiniz nədən ibarətdir?

– Brendin qurucularından biri kimi məhsul keyfiyyəti, xammal seçimi və ətir təminatı birbaşa mənim nəzarətimdədir. İllər ərzində topladığımız təcrübə bizə göstərib ki, keyfiyyətdən güzəşt etmək olmaz. Şirkətin idarəetmə və biznes prosesləri isə Maiden Tower Perfume-un ortağı İlqar Ələkbərov tərəfindən həyata keçirilir. Bu bölgü hər kəsin öz sahəsində maksimum nəticə göstərməsinə imkan yaradır.

– Şirkətinizin fəaliyyətində sosial məsuliyyət hansı yer tutur?

– Həm İlqar  bəy, həm mən, həm də bütün kollektivimiz insanlarla birbaşa təmasda olmağa xüsusi önəm veririk. Mütəmadi olaraq sərgilərdə, biznes forumlarında və müxtəlif tədbirlərdə iştirak edirik. İstehlakçıların fikirlərini dinləyir, onların ehtiyaclarını öyrənirik. Eyni zamanda qadın məşğulluğunun artırılmasına dəstək verməyə çalışırıq. Hesab edirəm ki, uğurlu biznes yalnız satış rəqəmləri ilə deyil, cəmiyyətə verdiyi fayda ilə ölçülməlidir. “İnsanlar ətiri yalnız qoxusuna görə deyil, sağlamlıqlarına nə qədər təhlükəsiz olduğuna görə seçməlidirlər. Çünki hər gözəl qoxunun arxasında keyfiyyət dayanmır.”

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

Əlaqədar Xəbərlər

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

17 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

1 həftə əvvəl
GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib
Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

2 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

2 həftə əvvəl
EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
Sosial

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

2 həftə əvvəl
“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər
Sosial

Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

2 saat əvvəl
“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

17 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

4 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

4 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.