İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 May, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

2 saat əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən “TESOL ilə Peşəkar İnkişafa Dəstək” – Xarici dil müəllimləri üçün onlayn ixtisasartırma və mentorluq proqramı qrant layihəsi uğurla başa çatıb. Layihə İsmayıllı rayonu Qurbanəfəndi kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Fatma Talıblı tərəfindən icra olunub.

Layihənin əsas məqsədi müxtəlif regionlardan olan xarici dil müəllimlərinin peşəkar inkişafını dəstəkləmək, onların beynəlxalq standartlara uyğun tədris bacarıqlarını gücləndirmək və müasir yanaşmalar əsasında tədris keyfiyyətinin artırılmasına töhfə vermək olub.

Layihə çərçivəsində 20 xarici dil müəllimi üçün onlayn TESOL hazırlıq və mentorluq proqramı təşkil edilib. İştirakçılar proqram müddətində beynəlxalq standartlara uyğun tədris metodikaları, dərsin planlaşdırılması, effektiv ünsiyyət və şagirdyönümlü yanaşmalar üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Müəllimlərin öyrənmə prosesinə dəstək məqsədilə mentor Fəridə Ağayevanın iştirakı ilə onlayn görüşlər təşkil olunub. Görüşlər zamanı kursun məzmunu, tədris prosesində tətbiq olunan müasir metodlar və peşəkar inkişaf imkanları barədə məlumat verilib, müəllimlərin sualları cavablandırılıb və onlara metodiki tövsiyələr təqdim olunub.

Layihənin sonunda həm onlayn, həm də əyani formatda bağlanış mərasimləri keçirilib. Tədbirlər zamanı layihə müddətində əldə olunan nəticələr təqdim edilib, iştirakçıların davamlılıq layihələri haqqında məlumat verilib və proqramın müəllimlərin peşəkar inkişafına verdiyi töhfələr müzakirə olunub. Onlayn bağlanış tədbirində müəllimlər layihə ilə bağlı fikir və rəylərini bölüşərək qazandıqları təcrübələri digər iştirakçılarla paylaşıblar.

Layihənin nəticəsi olaraq iştirakçı müəllimlərin beynəlxalq standartlara uyğun tədris bacarıqlarının inkişaf etdirilməsinə, onların peşəkar şəbəkələşməsinə və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verilib.




 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

Əlaqədar Xəbərlər

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Avropa Parlamentinə sərt tənqid

2 həftə əvvəl
Abşeron komandası böyük uğura imza atıb
Sosial

Abşeron komandası böyük uğura imza atıb

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan idmanının yüksəlişi və davamlı uğurlar

2 həftə əvvəl
Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar
Sosial

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

3 həftə əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Azərbaycan qazının Avropadakı rolu genişlənir

3 həftə əvvəl
“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

2 saat əvvəl
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
Gündəm

Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub

3 saat əvvəl
İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi
Gündəm

İƏT Ölkələri Gənc İş Adamlarının 12-ci Beynəlxalq Forumu həyata keçirildi

4 saat əvvəl
Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi
Gündəm

Elman Nəsirov seçicisini üzləşdiyi problemdən xilas etdi

4 saat əvvəl
Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.