İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

5 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Çox qəribə bir durum var: Azərbaycan müharibədə öz gücü ilə qələbə qazanandan, bütün düşmənləri yerində oturdandan, bölgədə de – fakto sabitliyi təmin edəndən sonra kənar qüvvələrin bir çoxu qəfildən “sülhpərvər”, “insanpərvər”, “dəyərpərvər” olublar.

ATƏT-in eks-Minsk Qrupunun (oxu: travel bloqerlərin) vaxtı keçmiş bəyanatlarını, gecikmiş narahatlıqlarını, makronkimilərin sayıqlamalarını və həmin sayıqlamalar içindəki hallüsinasiyalarını müşahidə etdikdən sonra isə adamın bir anlıq lap kövrəlməyi, heyrətlənməyi, həsəd aparmağı gəlir.

Danışdıqlarına, deyil, artistliklərinə! Məhz artistliklərinə!

“Oskar” alası adamlardır. Əksəriyyəti. Mübaliğəsiz – filansız.

İnanın. Tam ciddi deyirəm.

Çünki, ha beynəlxalq təşkilatların böyük qismi olsun, ha dünyanın fövqəldövlətləri, ha BMT-nin daimi üzvləri – heç fərq etməz: Hamısı 30 il boyunca yaxasını geri çəkdi, fil qulağında yatdı, 1 milyon qaçqının taleyinə biganə qaldı, meydanda bizi (haqlı olmağımıza rəğmən!) təkbaşına buraxdı.

Və indi, buyurun, hamısı “ağıllı” çıxıb, “ağsaqqal” obrazına girib, məsləhət vermək sevdasına düşüb.

Gözlənilən idimi? Əlbət. Şəkk – şübhəsiz.

Hər halda deyəsi, etiraf edəsi deyildilər ki, bəli, işbazıq, yarıtmazıq, səhlənkarıq, yalançıyıq. Deyəsi deyildilər və demədilər.

Fəqət, bu arada, özlərini ifşa və biabır etmək üçün çox gözəl şərait yaratdılar.

Ona görə, indi ortalıqda çapalaya – çapalaya, vurnuxa – vurnuxa qalıblar.

Nə Kasprşikə iş tapa bilirlər, nə də Xankəndidə villa kirayələyə.

Nə hər kvartalda (köhnə dövrlərdəki kimi) pulsuz kabab yemək mümkündür, nə də agentura şəbəkəsi ilə ortalığı qarışdırmaq.

Nə stajlı radikallar işə yarıyır, nə səviyyəsiz “söyüş müxalifəti”.

Nə Niderlandın, Belçikanın gülməşəkər deputatlarının vaxtaşırı “üsyanlar”ı köməyə çatır, nə də Avropa Parlamentinin düşük qətnamələri.

44 günlük müharibə ilə yırtmışıq, bütün saxta maskaları…

***

Ey gidi dünya!

Gör, hardan – hara gəldin.

Gör, özünü nə kökə saldın.

Gör, nə duruma düşdün ki;

O boyda Napaleonun taxtı və qılıncı Makronun, Beynəlxalq hüququn taleyi (öz qətnamələrini icra etdirə bilməyən) BMT- nin, Demokratiyanın təbliği krallıq və monarxiya ölkələrinin ümidinə qaldı…

Deputat, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

Növbəti xəbər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

Əlaqədar Xəbərlər

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

1 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

1 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

15 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

22 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

3 gün əvvəl
Növbəti xəbər
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

1 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

1 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

15 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

22 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.