İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Əsrlər boyu xalqımızın üzləşdiyi yadelli işğalçılara qarşı mübarizədə fərqlənən, şücaət göstərən qəhrəmanlar unudulmur, əksinə onların xatirəsi hər zaman qədirbilən xalqımızın yaddaşında yaşayır, nəsildən-nəsilə ötürülür. Zaman-zaman bu qəhrəmanların adlarını əbədiləşdirmək məqsədilə kitablar yazılır, filmlər çəkilir, küçələr, parklar, məktəblər onların adları ilə adlandırılır.

Ötən əsrin 90-cı illərindən ölkəmizə göz dikən bədnam qonşular iri dövlətlərin maliyyə, silah-sursat, texnika, siyasi dəstəyi ilə ardıcıl olaraq rayonlarımızı işğal etməyə başladılar. Hələ yeni yaranan Azərbaycan müstəqil dövləti tam formalaşmamış daxildə olan hərc-mərclik, qruplaşmalar, vəzifədə olanların kreslo davası, orduda nizamsızlıq ermənilərin çirkin siyasətini daha da gücləndirdi. Belə bir məqamda xalqın öz içindən çıxan qəhrəman oğullar könüllü dəstələr yaradıb düşmən qarşısına çıxdılar. Bu qəhrəmanlardan biri də Abışov Yaşar Teymur oğludur.

Bu günlərdə birinci Qarabağ müharibəsi şəhidi Abışov Yaşar Teymur oğlu şəhadətə yüksəlməyinin 32-ci idönümündə yad edilib. Bu münasibətlə şəhidin doğulduğu Cəbrayıl rayonu Soltanlı kəndində anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan şəhidin bacısı Nuridə Abışova iştirakçıları salamlayaraq qeyd edib ki, Abışov Yaşar Teymur oğlu 1990-1992-ci ildə Rusiyada hərbi xidmətini başa vurub ölkəmizə qayıdıb. Qarabağ uğrunda gedən döyüşlərə könüllü qoşulan ucaboylu, enlikürəkli, pəhləvan cüssəli Yaşar 1994-cü ildə Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Daha sonra o qeyd edib ki, bu gün ziddiyyətli, qarışıq hisslərin yaşandığl bir gündür: Bu gün gözümüz ağlayır, üzümüz gülür. Gözümüz ona görə ağlayır ki, doğulub boya-başa çatdığımız kəndlər xarabalığa çevrilib, qarşısında dayandığımız, ulularımızın uyuduğu məzarlıq viran olubdur. Gözümüz ona görə ağlayır ki, Yaşar və onun simasında olan bütün şəhidlər cismən aramızda deyillər. Qürurluyuq, ona görə ki, ömür payımızın harda bitməyindən asılı olmayaraq, biz yenidən öz ata-baba torpağımızda, öz kəndimizdəyik.

Şəhid Yaşarın təhsil aldığı Soltanlı kənd orta məktəbinin müəllimi Göyçək Əsədova qeyd edib ki, uzun illər BMT, ATƏT və başqa nüfuzlu beynəlxalq təşkilatların ədaləti təmin edəcəyinə ümid olsaq da, sonradan ata vəsiyyətini zamanında yerinə yetirən Azərbaycan Prezidentinin dediyi kimi, kim güclüdürsə, o da haqlıdır prinsipinin, beynəlxalq hüququn prinsiplərini kölgədə qoyduğunun şahidi olduq. Və 30 il ərzində topladığımız iqtisadi, siyasi, hərbi gücümüz 44 günlük müharibənin fonunda ədaləti, ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərin qisası alındı.

Neçə ki, Azərbaycan xalqı var, neçə ki, bu kənd var, bu abadlaşan, yenidən tikilən kənddə yaşayacaq insan varsa, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi hər zaman ehtiramla yad edilib, uca tutulacaqdır.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”, bir neçə kitab müəllifi Firduz Əhmədov və şəhidin döyüş yoldaşı Səttar Abdullayev şəhidin ömür yolundan, döyüş xatirələrindən söz açıblar, bütün şəhidlərə rəhmət, ailə üzvlərinə səbr diləyiblər.

Anım gününün sonunda tədbirin təşkilatçısı şəhidin əmisi oğlu Hacı Ramazan Səfərəliyev və şəhidin qardaşı Teyfur Abışov ailə üzvləri adından mərasim iştirakçılarına səmimi minnətdarlığını bildirib.

 Məhəbbət Vahidoğlu

Cəbrayıl rayonu, Soltanlı kəndi.



 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan qazının Avropadakı rolu genişlənir

Növbəti xəbər

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

1 gün əvvəl
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Xüsusi

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

6 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

2 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 ay əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

3 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

3 ay əvvəl
Növbəti xəbər
Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

6 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

6 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Anım Günü milli yaddaşımızın, qürurumuzun və həmrəyliyimizin rəmzidir

20 saat əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Deputat: “Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.