İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

4 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi fonunda üzv dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin xarici siyasətinin mühüm prioritetlərindəndir. Bu xüsusda, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında uğurlu tərəfdaşlığın genişləndirilməsi ilə yanaşı, Avropa İttifaqı ilə münasibətlərin də inkişafı baxımından mühüm önəm daşıyır.

Bunu mediaya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri cənab Şahin İsmayılov deyib.

“Təbii ki, Azərbaycanın regionda sülhü bərqərar etməsi, əldə etdiyi dayanıqlı inkişaf, mövcud sabitlik Avropa dövlətlərinin ölkəmizə olan marağını daha da artırır. Xüsusilə enerji sahəsində uzun illər ərzində formalaşmış uğurlu əməkdaşlığı vurğulamaq lazımdır. Azərbaycan bu gün 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə, 16 ölkəyə qaz ixrac edir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul edir. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində Azərbaycanın Orta Dəhliz çərçivəsində oynadığı rol Avropa üçün alternativ və etibarlı marşrutların formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir”, – deyə Şahin İsmayılov qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə əldə olunan nailiyyətlər ölkəmizin yeni iqtisadi tərəfdaşlıqlar üçün açıq olduğunu göstərir. Eyni zamanda Azərbaycanda formalaşmış maliyyə sabitliyi və makroiqtisadi dayanıqlılıq ölkədə proqnozlaşdırılan biznes mühitinin yaranmasını təmin edib. Ölkəmizdə aşağı dövlət borcu, valyuta ehtiyatlarımızın kifayət qədər olması və düşünülmüş fiskal siyasət iqtisadi riskləri minimuma endirir ki, bu da uzunmüddətli investisiyalar üçün əlverişli zəmin yaradır. Eyni zamanda, həyata keçirilən institusional islahatlar, şəffaflığın artırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində atılan addımlar biznes mühitini daha da cəlbedici edir. Bu baxımdan, son iyirmi il ərzində iqtisadiyyatımıza xarici investorlar tərəfindən 170 milyard ABŞ dolları məbləğində sərmayənin yatırılması Azərbaycanda mövcud olan əlverişli investisiya mühitinin göstəricisidir.

“Bu xüsusda, Latviya Prezidentinin səfəri çərçivəsində keçirilən biznes forum iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən sənaye, kənd təsərrüfatı, texnologiya və logistika sahələrində də əməkdaşlığa töhfə verəcək. Beləliklə, bu səfər, aparılan müzakirələr, imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq”, – deyə Şahin İsmayılov vurğulayıb.

Şahin İsmayılov 

Milli Məclisin deputatı 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

Növbəti xəbər

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın möhkəm təməli

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

2 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın möhkəm təməli

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

2 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

18 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.