İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

7 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Son illərdə qlobal geosiyasi mühitdə baş verən dəyişikliklər Avropa İttifaqının enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının diversifikasiyası və yeni strateji tərəfdaşlıqların qurulması məsələlərini daha da aktuallaşdırıb. Bu kontekstdə Azərbaycan regionun mühüm aktorlarından biri kimi Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Azərbaycanın strateji mövqeyi ölkəni Avropa ilə Asiya arasında təbii körpüyə çevirir. Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycan həm enerji resursları, həm də nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarına alternativ enerji mənbələrinin çatdırılması baxımından mühüm rol oynayır. Bu layihə sayəsində Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm paya malikdir.
Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqlədi.
Səfər proqramında əsasən enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin təmin olunması məsələləri dayanırdı. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsinin strateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdə Azərbaycanın rolu getdikcə artır. Digər tərəfdən, Azərbaycan da Avropa bazarına çıxış imkanlarını genişləndirməklə öz iqtisadi potensialını daha səmərəli formada reallaşdırmaq niyyətindədir.
Antonio Koştanın Bakıya səfəri İttifaqın Cənubi Qafqaza artan marağının və Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün mühüm tərəfdaş kimi qəbul olunduğunun göstəricisidir. Eyni zamanda bu təmaslar tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.
Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər beynəlxalq nəqliyyat marşrutu və digər regional təşəbbüslər Azərbaycanın Avropa ilə Orta Asiya arasında logistika qovşağı rolunu gücləndirir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı indiki şəraitdə Orta Dəhlizin əhəmiyyəti sürətlə artır və bu marşrutun əsas dayaqlarından biri məhz Azərbaycandır. Bu dəhlizin əhəmiyyəti Ukraynadakı və İrandakı müharibələr fonunda xüsusilə artmaqdadır.
Enerji, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələləri Azərbaycan-Ai münasibətlərinin əsas istiqamətləridir. Tərəflər arasında keçirilən təmaslar isə qarşılıqlı etimadın möhkəmləndirilməsinə və uzunmüddətli strateji əməkdaşlığın inkişafına xidmət edir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan–Aİ enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Növbəti xəbər

Azərbaycan Universitetində “Karyera İnkişafı və Planlaması” Mövzusunda Tədbir Təşkil Olundu

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

2 saat əvvəl
“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

3 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

3 saat əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

2 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Universitetində “Karyera İnkişafı və Planlaması” Mövzusunda Tədbir Təşkil Olundu

Azərbaycan Universitetində "Karyera İnkişafı və Planlaması" Mövzusunda Tədbir Təşkil Olundu

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

2 saat əvvəl
“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

3 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

3 saat əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

2 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.