İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib VİDEO

6 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Martın 4-də Milli Məclisin Gənclər və idman komitəsində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun sözlərinə görə, tədbirin məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, mövcud nailiyyətlər və perspektiv istiqamətlər barədə müzakirələrin aparılmasıdır. O, idmanın gənclərin sağlam həyat tərzinə cəlb olunmasında, vətənpərvərlik ruhunun formalaşmasında və cəmiyyətin sosial inkişafında mühüm rol oynadığını deyərək, sahə üzrə mövcud çağırışlara da toxunub, idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlərini səsləndirib.

Sonra tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə keçən ilin idman nəticələri ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar. O, ölkədə idman hərəkatının genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması və ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi istiqamətində görülən işlərdən bəhs edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində idmanın prioritet sahələrdən birinə çevrildiyini, bunun da Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlarda öz əksini tapdığını vurğulayıb. O, bu uğurların davamlılığı baxımından idman iqtisadiyyatının stimullaşdırılması, xüsusən idman sahəsində sponsorluğun genişləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müzakirələrdə çıxış edənlər idmanın kütləviliyinin təmin olunmasının əhəmiyyəti, sağlam və vətənpərvər gənc nəslin formalaşdırılmasının vacibliyi, ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr və inkişaf perspektivləri barədə danışıb, fikir mübadiləsi aparıblar.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Növbəti xəbər

“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”

“Dövlətin idman siyasətinin mərkəzində gənclər dayanır”

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

5 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.