İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Fevral, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!

3 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır. Və izlər birbaşa Kremlə gedib çıxır.

Etibarlı mənbədən aldığım məlumata görə, bu proses Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsidir. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir.

Mənbənin bildirdiyinə görə, bu klounadadan gözlənilən effekt alınmadığı üçün növbəti mərhələdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə cəlb olunması planlaşdırılır.

Bu ailəyə müxtəlif təsir mexanizmləri tətbiq olunub və informasiya kampaniyasına qoşulmaq üçün təzyiq elementləri istisna deyil. Azərbaycan tərəfdə bununla bağlı operativ məlumatın olduğu bildirilir.Bəs Moskvanı bu çirkin kampaniyaya vadar edən nədir?
Birincisi, məsələ Azərbaycanın müstəqil siyasət kursudur.

Bakı artıq kənardan idarə olunan periferik aktor deyil. Azərbaycan regional balansın obyekti yox, subyekti kimi çıxış edir. Enerji təhlükəsizliyi xəritəsində Cənub Qaz Dəhlizi, Avropaya qaz ixracının artımı, Orta Dəhlizin real alternativ marşrut kimi formalaşması, Xəzər üzərindən logistika zəncirinin gücləndirilməsi – bunlar sadəcə iqtisadi layihə deyil, geosiyasi güc rıçaqlarıdır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik müstəvisində müstəqil qərar verən ölkəyə çevrilib. Moskva üçün əsas problem də budur: Bakı artıq razılaşdırılmış çərçivə daxilində hərəkət etmir, öz oyununu qurur və bu oyunda qalib mövqedədir.

İkincisi, iki əsr boyunca qurulan və saxlanılan “erməni problemi” mexanizminin sıradan çıxmasıdır.

Çar Rusiyasından başlayaraq imperiya siyasətinin əsas alətlərindən biri bölgədə süni balans və idarə olunan münaqişə yaratmaq idi. Qarabağ məsələsi Moskva üçün təsir vasitəsi idi. Bu kart vasitəsilə region dövlətləri üzərində təzyiq saxlanılırdı.

Lakin Qarabağ məsələsinin qəti həlli bu mexanizmi dağıtdı. Rusiya sülhməramlı kontingentinin gözləntiləri doğrulmadı, Ruben Vardanyan layihəsi iflasa uğradı, separatçı struktur ləğv olundu. Bu, Moskva üçün taktiki yox, strateji itki idi. Çünki Cənubi Qafqazda ən güclü təsir aləti əldən çıxdı.

Üçüncüsü, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ ilə münasibətlərində yeni dinamika formalaşıb. Prezident İlham Əliyevlə prezident ABŞ Tramp arasında qurulan birbaşa siyasi dialoq təsadüfi diplomatik jest deyil, strateji xəttdir.

TRİPP çərçivəsində əməkdaşlıq, yüksək səviyyəli qarşılıqlı səfərlər, ABŞ vitse prezidentinin Bakıya gəlişi, imzalanan xartiya sənədləri göstərir ki, Azərbaycan Vaşinqton üçün artıq alternativsiz tərəfdaşlardan biridir. Enerji təhlükəsizliyi, Orta Asiya ilə əlaqə, regionda sabitlik – bütün bunlarda Bakı açar rol oynayır. Kreml isə bunu öz təsir zonasının daralması kimi qəbul edir. Çünki Cənubi Qafqazda ABŞ ilə dərinləşən əməkdaşlıq Moskvanın geosiyasi balansını pozur.

Dördüncüsü, ölkə daxilində beşinci kolonun ifşası və uzun illər sistem daxilində paralel təsir mexanizmi yaratmış fiqurların zərərsizləşdirilməsidir. Ramiz Mehdiyev kimi şəxslərin təsir imkanlarının sıradan çıxarılması təkcə kadr dəyişikliyi deyildi. Bu, illərlə formalaşdırılmış qeyri rəsmi təsir kanallarının bağlanması demək idi. Moskva üçün ən rahat model daxildə dayaqları olan ölkə idi. Həmin dayaqlar zəiflədikcə, xaricdən təzyiq mexanizmləri işə salınır. İnformasiya kampaniyalarının intensivləşməsi də məhz bu mərhələyə təsadüf edir.

Beşincisi, AZAL hadisəsi zamanı Prezidentin nümayiş etdirdiyi prinsipial mövqedir. Bakı açıq şəkildə göstərdi ki, istənilən təzyiq qarşısında geri addım atmayacaq. Diplomatik manevr imkanları saxlanılsa da, dövlət maraqları qırmızı xətt kimi qorunur. Bu, Moskvaya verilmiş açıq mesaj idi: Azərbaycan artıq şərtləri qəbul edən tərəf deyil, şərt qoyan tərəfdir.

Bütün bu faktorlar birlikdə Kremlin narahatlığını izah edir. Müstəqil siyasət, Qarabağda qəti nəticə, ABŞ ilə yaxınlaşma, daxildə təsir şəbəkələrinin zəiflədilməsi və prinsipial dövlət mövqeyi – bunların hər biri ayrıca səbəbdir. Birlikdə isə bu, Rusiyanın Cənubi Qafqaz strategiyasının çökməsi deməkdir. Və məhz buna görə informasiya hücumları, qarayaxma kampaniyaları və xüsusi xidmət alətləri aktivləşdirilir. Lakin reallıq dəyişib. Azərbaycan artıq təzyiq obyektinə yox, güc mərkəzinə çevrilib.

Və nəhayət, Ruben Vardanyan amili. Moskvanın Qarabağa böyük ümidlərlə göndərdiyi bu fiqurun həbsi və mühakimə olunması Rusiyada ciddi hiddət doğurub. Çünki Vardanyan layihəsi iflasa uğradı. Onun vasitəsilə bölgədə yeni təsir mexanizmi qurmaq planı puça çıxdı.

Azərbaycan isə baş verənlərin hamısını diqqətlə izləyir. Rusiyanın atdığı addımlar da, planlaşdırdığı növbəti gedişlər də Bakıya məlumdur. Kimlərinsə bu təxribatların cavabsız qalacağını düşünməsi sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmləri mövcuddur.

Hibrid müharibə səssiz aparılır, lakin nəticələri çox gur səslənir. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Təzyiq dili burada işləmir.

Rusiya hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir.

Heç kim özünü aldatmasın.

Əgər Moskvada kimlərsə hesab edirsə ki, bu davranışlar səssiz qalacaq, sərt reaksiya doğurmayacaq və cavabsız ötüşəcək – bu, təhlükəli illüziyadır.

Azərbaycan nə təzyiqi qəbul edir, nə də arxadan qurulan planları bağışlayır. Hər addımın qarşılığı olacaq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

Əlaqədar Xəbərlər

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

1 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

1 gün əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

2 gün əvvəl
Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!
Gündəm

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!

3 saat əvvəl
“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

1 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

1 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.