Bu gün Millət vəkili Ceyhun Məmmədov Kürdəmir rayonuna səfər edib. Səfər çərçivəsində deputat əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edib.
Daha sonra millət vəkili Kürdəmir rayonunda məskunlaşan seçicilərlə görüşüb. Qəbul zamanı vətəndaşlar əvvəlcə ümumi, daha sonra fərdi şəkildə dinlənilib. Görüşdə səsləndirilən problemlər, təkliflər və qayğılar diqqətlə qeydiyyata alınıb. Hər bir müraciətin araşdırılması və həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Millət vəkili vurğulayıb ki, seçicilərin rifahı, sosial təminatı və rahatlığı daim diqqət mərkəzində saxlanılır. Onların səsini çatdırmaq, problemlərinə çevik şəkildə reaksiya vermək və xalqın etimadına layiq fəaliyyət göstərmək əsas prioritetlərdəndir.












