İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 Fevral, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

3 gün əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Qərbi Azərbaycan İcması Gənclər Şurası təşkilatlandığı günlərdən respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində yaşayan Qərbi Azərbaycanəsilli ailələri təmsil edən gənc oğlan və qızlarla  əlaqələri genişləndirir. Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin və tarixi həqiqətlərin nəsildən-nəslə ötürülməsində böyük fəallıq göstərirlər. Xatırladaq ki, indiki Ermənistan ərazisindəki qəbiristanlıqlarımızda monitorinqin aparılmasında və uğurla başa çatdırılmasında gənclərin böyük dəstəyi olmuşdur. 37 il əvvəl – sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qalan kəndlərin 201 müsəlman qəbiristanlığı müəyyənləşdi.

Prezident İlham Əliyev 3 il öncə – dekabrın 24-də  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələlərlə bağlı demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Prezident İlham Əliyevin ideyalarını, fərman və sərəncamlarını rəğbətlə dəstəkləyən, icma sədrinin tapşırıq və tövsiyələrini  yüksək səviyyədə yerinə yetirən Gənclər Şurasının ətrafında mütəşəkkillik göstərən qərbi azərbaycanəslli gənclər birlik və həmrəylik nümayiş etdirirlər. Onların əzmkarlığı sayəsində hazırda  xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir.

Hazırda Gənclər Şurası bölgələrin nümayəndələri ilə qarşılıqlı əlaqələri gücləndirir. Məcburi köçürülmə və deportasiyaların  tarixi mahiyyəti, habelə, onların xalqımızın yaddaşındakı yeri barədə geniş məlumat verib gəncləri bu bilikləri sistemli şəkildə öyrənməyə çağırırlar.

İcmanın Gənclər Şurasının təşəbbüsü ilə təcrübəli tədqiqatçılar sırasında yer almış gənclərin iştirakı ilə Ermənistan Respublikasının müasir ərazisini tam əhatə edən 1890-1991-ci illərə aid müxtəlif miqyaslı 250-dən çox xəritə sistemli şəkildə araşdırılıb. Bu xəritələr əsasən Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib edilmiş, uzun müddət məxfi saxlanılmış, bu gün isə Berlinin Humbolt Universiteti, İndiana Universiteti, ABŞ-nin Milli Konqres Kitabxanası və Rusiya Coğrafiya Cəmiyyəti kimi nüfuzlu elmi və arxiv mərkəzlərində qorunur.

Araşdırmalar nəticəsində Qərbi Azərbaycanda 12 qəbiristanlıq üzərindən asfalt yollar çəkildiyi, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikildiyi, 56 qəbiristanlığın ərazisinin əkin sahəsinə çevrildiyi, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edildiyi, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salındığı, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparıldığı, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görüldüyü, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrildiyi, 3 qəbiristanlıq ərazisində su anbarı inşa edildiyi müəyyən edilmişdir.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov müxbirimizlə söhbətində demişdir:

– Gənclərimiz qayıdış hüququnun həyata keçirilməsini Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın bərpası üçün əsas şərt hesab edirlər. Təsəvvür edin, ölkələrimiz arasında Sülh Sazişi paraflanır, delimitasiya işləri aparılır, sərhədlər çəkilir, biz tikanlı məftillər arxasından bu tərəfdən onlara baxırıq, onlar tikanlı məftillər arxasından o tərəfdən bizə baxırlar… Məmnunluq doğuran odur ki, Prezident İlham Əliyevin humanist mövqeyi nəticəsində hər iki ölkə arasında sülhə, sabitliyə, əmin-amanlığa və tərəqqiyə doğru atılan addımlar reallığa çevriliməkdədir. Ermənistana taxıl və neft məhsulları göndərilməsi ilə Ermənistan cəmiyyətinə bir daha sübut etdik ki, Azərbaycan müharibə yox, sülh tərəfdarıdır. Gənclərimiz hesab edirlər ki, qarşılıqlı etimadın, dayanıqlı sülhün yeganə şərti birgəyaşayışdır. Bu təcrübə var, müharibədən əvvəl bu xalqlar birgə yaşayıb və bu birgəyaşayış qarşılıqlı etimada və sülhə xidmət edib. Yenə də belə olmalıdır. Həm də bu dəfə güzəşti Ermənistan tərəfi etməlidir, münaqişəni başlayan da, müharibəni edən də və insanlarımıza 30 il məcburi köçkün, qaçqın həyatı və məşəqqəti yaşadan da Ermənistandır. Ermənistanda bir ev, bir kənd də zərər görməyib, amma Azərbaycanın yüzlərlə kəndi, şəhəri Yer üzündən silinib, 20 min nəfərə qədər insanımız öldürülüb, 100 min nəfərə yaxın əlilimiz var. Bütün bunları Ermənistan edib. Bunu qarşı tərəf anlamalıdır. Edib, etməməzlikdən gəlmək dövrü keçib, onlar da, biz də həqiqətin gözünün içinə dik baxmalıyıq və gələcəyə addımlamalıyıq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Güclülərin dünyasında yeni səhifə: regionda yeni geosiyasi arxitektura

Növbəti xəbər

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!

Əlaqədar Xəbərlər

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib
Gündəm

Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib

3 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan Prezidentinin qətiyyətli iradəsi sayəsində bərqərar olan sülh region üçün fundamental siyasi dəyərdir ŞƏRH

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur

4 gün əvvəl
Şahin İsmayılov: Uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır
Gündəm

Şahin İsmayılov: Uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır

4 gün əvvəl
Növbəti xəbər
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!

3 gün əvvəl
Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər
Gündəm

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

3 gün əvvəl
Güclülərin dünyasında yeni səhifə: regionda yeni geosiyasi arxitektura
Gündəm

Güclülərin dünyasında yeni səhifə: regionda yeni geosiyasi arxitektura

3 gün əvvəl
Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib
Gündəm

Naxçıvanda “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib

3 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan Prezidentinin qətiyyətli iradəsi sayəsində bərqərar olan sülh region üçün fundamental siyasi dəyərdir ŞƏRH

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.