• Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
İnformasiya.az
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
        • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
        • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Heydər Əliyevin Azərbaycanın sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir – Yusuf Abdulrahman Nzibo

İnformasiya.az by İnformasiya.az
16 May 2023
in Heydər Əliyev İli
0
0
Paylaşım
3
Oxunma
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Keniya Müsəlmanları Ali Şurasının sədri Yusuf Abdulrahman Nzibo Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi bu əlamətdar günlərdə Keniya xalqının səmimi salamlarını və təbriklərini qəbul etməyinizi xahiş edirəm.

Prezident Heydər Əliyev müasir Azərbaycan Respublikasının əsasını qoyan dahi uzaqgörən lider idi. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla yad etməkdə sizlərə qoşuluruq. Ulu Öndərin strategiyası və xidmətləri sayəsində bütün İslam dünyası onun möhkəm təməl üzərində əsasını qoyduğu müasir Azərbaycan dövlətinə heyranlıqla baxır. Məhz onun xidmətləri sayəsində Azərbaycan xalqı və dövləti öz şöhrətini, sabitliyini bərpa edə bilib. Onun uzaqgörənliyi, müdrik rəhbərliyi sayəsində Azərbaycan bu gün əsas beynəlxalq enerji istehsalçısına və iqtisadi gücə çevrilib.

Bu əlamətdar günlərdə beynəlxalq ictimaiyyətlə əl-ələ verərək, uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə böyük Azərbaycan xalqının diplomatik, iqtisadi, sosial və mədəni tərəqqisini təmin edən dahi liderin fədakarlığını minnətdarlıqla və ehtiramla xatırlayırıq. Prezident Heydər Əliyevin Azərbaycan dövlətinin sabitliyinin, inkişafının və rifahının təmin olunmasında əvəzsiz xidmətlərini sözlə təsvir etmək çətindir. İnsan hüquqlarının tam təmin olunduğu, ümumbəşəri demokratik dəyərləri özündə ehtiva edən Azərbaycan Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində, müasir Azərbaycan Ordusunun qurulmasında mərhum Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiririk”.

Əvvəlki xəbər

Heydər Əliyevin xarici siyasəti Azərbaycanı dünyanın mütərəqqi, sülhsevər ölkəsinə çevirdi – Abdullah Numan

Növbəti xəbər

Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam – Mixail Şvıdkoy

Növbəti xəbər

Heydər Əliyevin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam - Mixail Şvıdkoy

Browse by Category

  • Digər
  • Dünya
  • Gündəm
  • Heydər Əliyev İli
  • İqtisadiyyat
  • Qarabağ
  • Qərbi Azərbaycan
  • Seçilmiş xəbərlər
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xüsusi
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.