İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Mart, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gəncliyə verilən dəyərin təcəssümü

2 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər”.

Azərbaycan tarixində gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin əsas təminatçısı kimi xüsusi yer tutmuşdur. Məhz bu strateji baxışın nəticəsi olaraq Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncama əsasən 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar təkcə rəsmi bir günün təsis edilməsi deyil, eyni zamanda gəncliyə olan böyük etimadın, inamın və dövlət qayğısının bariz nümunəsi idi. 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan gənclərinin potensialını düzgün istiqamətə yönəltmək, onları dövlət quruculuğu prosesinə fəal şəkildə cəlb etmək mühüm vəzifələrdən biri idi. Ulu Öndər Heydər Əliyev gəncləri ölkənin gələcəyi adlandıraraq onların milli ruhda, vətənpərvərlik, müasirlik və yüksək intellektual səviyyədə formalaşmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

2 Fevral – Azərbaycan Gəncləri Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis edilmiş və qeyd olunmağa başlanmışdır. Bu fakt ölkəmizin gənclər siyasətində qabaqcıl mövqeyini və yenilikçi yanaşmasını bir daha təsdiqləyir. Ulu Öndər Heydər Əliyev demişdir ki, bizim xalqımızın gələcəyi gənclərdir: “Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”. Azərbaycan Respublikasında gənclər siyasətinin hüquqi və institusional əsasları məhz Ulu Öndərin rəhbərliyi dövründə formalaşmışdır. Gənclər təşkilatlarının yaradılması, onların fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakının təşviqi bu siyasətin əsas istiqamətlərindəndir.

Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Gənclərin təhsil alması, məşğulluğu, sosial rifahının yüksəldilməsi, innovasiya və sahibkarlıq sahəsində təşəbbüslərinin dəstəklənməsi dövlət proqramları vasitəsilə sistemli şəkildə həyata keçirilir. Gənclər Fondunun fəaliyyəti, “ASAN xidmət”, könüllülük hərəkatları və beynəlxalq arenada Azərbaycan gənclərinin uğurları bunun bariz nümunəsidir. Prezident İlham Əliyev bildirmişdir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Bu gün Azərbaycan gəncliyi müasir biliklərə yiyələnən, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda qlobal dünyaya inteqrasiya edən dinamik bir təbəqədir. Onlar elmdə, mədəniyyətdə, idmanda, informasiya texnologiyalarında və dövlət idarəçiliyində ölkəmizi layiqincə təmsil edirlər. Müasir dövrdə müharibələr təkcə cəbhə xəttində aparılmır. Silahların səsi ilə yanaşı, informasiya məkanında da amansız mübarizə gedir. Xüsusilə sosial şəbəkələrin, rəqəmsal platformaların sürətlə inkişaf etdiyi bir zamanda informasiya müharibəsi real döyüş meydanı qədər həlledici rol oynayır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan bu sahədə də mühüm üstünlük qazandı və bu qələbənin əsas aparıcı qüvvələrindən biri məhz Azərbaycan gəncliyi oldu.

Vətən müharibəsi dövründə düşmən tərəf illərlə formalaşdırdığı saxta narrativləri, dezinformasiyaları və təbliğat maşınını işə salmağa çalışsa da, bu cəhdlər Azərbaycan gəncliyinin fəallığı, çevikliyi və müasir texnologiyalardan səmərəli istifadəsi sayəsində iflasa uğradı. Sosial şəbəkələrdə – “Twitter (X)”, “Facebook”, “Instagram”, “YouTube” və digər platformalarda gənclərimiz operativ şəkildə faktlara əsaslanan məlumatlar paylaşaraq yalan xəbərləri ifşa etdilər.

Gənclər informasiya müharibəsində təkcə emosional çağırışlarla deyil, sübutlara, beynəlxalq hüquqa, rəsmi mənbələrə və real görüntülərə əsaslanan məzmunla çıxış etdilər. Bu isə paylaşılan məlumatların etibarlılığını və təsir gücünü əhəmiyyətli dərəcədə artırdı. İnformasiya müharibəsinin ən mühüm cəhətlərindən biri də onun sərhəd tanımamasıdır. Bu dövrdə təkcə Azərbaycanda yaşayan gənclər deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı da bu mübarizəyə könüllü şəkildə qoşuldu. ABŞ, Avropa ölkələri, Türkiyə, Rusiya və digər regionlarda yaşayan gənclər sosial şəbəkələrdə eyni məqsəd ətrafında birləşərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bu təşəbbüslər mərkəzləşdirilmiş göstərişlə deyil, milli məsuliyyət hissindən irəli gələrək, spontan və könüllü şəkildə formalaşdı. Məhz bu birlik və koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan informasiya məkanında sistemli və güclü mövqe qazandı.

İnformasiya müharibəsində qələbənin əsas şərtlərindən biri sürət, digəri isə təsirlilikdir. Azərbaycan gəncliyi hər iki üstünlüyü təmin edə bildi. Operativ paylaşımlar, düzgün həştəqlər, çoxdilli məzmunlar, qrafiklər, videolar və canlı yayımlar vasitəsilə informasiya axını effektiv şəkildə idarə olundu. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri paylaşılan məlumatların həqiqiliyinə xüsusi diqqət yetirir, rəsmi mənbələrə istinad edir və yanlış məlumatların qarşısını vaxtında alırdılar. Bu isə beynəlxalq auditoriyanın etimadını qazanmaq baxımından mühüm rol oynadı.

Vətən müharibəsi dövründə Azərbaycan təkcə hərbi və siyasi sahədə deyil, informasiya müharibəsində də qələbə qazandı. Bu qələbənin əsas memarlarından biri isə ön cəbhədə fədakarlıqla mübarizə aparan Azərbaycan gəncliyi oldu. Onlar sübut etdilər ki, müasir dövrdə vətənə xidmət təkcə silahla deyil, informasiya ilə, biliklə və həqiqətlə də mümkündür. Azərbaycan gəncliyi bu şərəfli missiyanı layiqincə yerinə yetirərək tarixə informasiya cəbhəsinin qalibləri kimi düşdü. 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi şücaət və vətənpərvərlik ruhu isə Azərbaycan gəncliyinin milli məsuliyyət hissinin ən parlaq göstəricilərindən biri oldu.

2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, həm də gənclərin cəmiyyətdəki rolunun, dövlət tərəfindən onlara göstərilən etimadın rəmzidir. Bu əlamətdar gün Azərbaycan gəncliyini daha böyük uğurlara ruhlandırır, onları ölkənin inkişafında fəal iştirak etməyə səsləyir. Güclü gənclik – güclü dövlət deməkdir və Azərbaycan bu prinsipə əsaslanaraq gələcəyə inamla addımlayır.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

Növbəti xəbər

Müasir dövrdə gənclər siyasətinin davamlılığı

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

5 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

5 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

6 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

6 gün əvvəl
Növbəti xəbər
Enerji resurslarının inkişafında yeni mərhələ

Müasir dövrdə gənclər siyasətinin davamlılığı

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

2 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

5 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.