İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Mart, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yanvarın 28-də Beyləqan rayonunda “2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Beyləqan Mədəniyyət Mərkəzində davam edən tədbir çərçivəsində foyedə təşkil olunmuş kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsi ilə yığıncaq açıq elan olunub.

Yığıncaqda Beyləqan RİH başçısı Əziz Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə əldə olunmuş nailiyyətlər, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri, icra edilən infrastruktur layihələri, ayrı-ayrı sahələr üzrə mövcud vəziyyət, eləcə də 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə geniş və ətraflı məlumat verib.

Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Beyləqan rayonu respublika üzrə pambıq məhsuldarlığı göstəricisinə görə birinci yeri tutub. Rayon icra hakimiyyətinin başçısı əldə olunan bu mühüm nailiyyət münasibətilə rayon ictimaiyyətini səmimi-qəlbdən təbrik edib, pambıqçılıq sahəsində çalışan zəhmətkeşlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məruzə ətrafında aparılan müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov son illərdə həyata keçirilən islahatların bölgələrdə real nəticələr verdiyini bildirərək Beyləqan rayonunda müşahidə olunan inkişaf dinamikasını müsbət qiymətləndiriblər.

Tədbirdə DAİM direktoru Xaliq Məmmədov, şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Mahir Dadaşzadənin atası Qərib Təhməzov, Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev, “Prime Cotton” MMC-nin Beyləqan filialının direktoru Rüfət Yarıyev və Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış ediblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxış edərək ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən, iqtisadi və sosial sahələrdə əldə olunan mühüm nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün müəyyən edilmiş strateji vəzifələrdən ətraflı bəhs edib. O, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıda duran vacib məsələləri xüsusi olaraq diqqətə çatdırıb.

Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar layihəsi hazırlanıb, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Yeganə Abbasovaya medal təqdim edilib.

 














PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

Növbəti xəbər

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

2 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

3 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

4 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.