İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Mart, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa-quruculuq işləri planlı şəkildə və yüksək templə icra olunur. Dövlət başçısının şəxsi nəzarəti ilə həyata keçirilən layihələr çərçivəsində infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin müasir standartlara uyğun salınması və mühəndis-kommunikasiya sistemlərinin yaradılması sürətlə təmin edilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətli şəkildə qayıdışı üçün hərtərəfli şərait yaradılır.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, həyata keçirilən tədbirlər yalnız yolların, yaşayış məntəqələrinin inşası və kommunal şəbəkələrin bərpası ilə məhdudlaşmır. Bölgənin hərtərəfli inkişafı üçün kompleks yanaşma tətbiq olunur. Təhsil və səhiyyə müəssisələrinin inşası, sosial xidmətlərin təşkili, məşğulluq imkanlarının yaradılması və iqtisadi fəallığın stimullaşdırılması Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli, dayanıqlı inkişafı üçün geniş imkanlar açır. “Bu günlərdə möhtərəm Prezidentin Ağdərəyə səfəri bu yanaşmanın əyanı təzahürüdür. Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində azad olunmuş digər ərazilərimiz kimi, Ağdərə də artıq inkişaf dövrünə qədəm qoyub. Burada həyata keçirilən quruculuq işləri zamanı bölgənin inkişaf perspektivləri nəzərə alınır, bütün proses sistemli şəkildə icra olunur. Əhalinin artımı, iqtisadi fəaliyyətin genişləndirilməsi və sosial ehtiyaclar öncədən planlaşdırılır. Dövlətin məqsədi bütün bölgələrdə olduğu kimi, işğaldan azad olunan torpaqlarımızda da müasir, rahat və funksional yaşayış mühitinin formalaşdırılmasıdır”, – deyə o deyib.

Komitə sədri qeyd edib ki, bu gün Ağdərədə də kəndlərarası əlaqələr, mühəndis-kommunikasiya xətlərinin çəkilişi əsas prioritetlər sırasındadır. Yol infrastrukturunun yenilənməsi kəndlərin bir-biri ilə və regional mərkəzlərlə əlaqəsini təmin edir. Su, qaz, elektrik və rabitə şəbəkələri müasir standartlar əsasında qurulur. Eləcə də rəqəmsal idarəetmə, enerji səmərəliliyi, ekoloji yanaşmalar və sosial məkanların optimallaşdırılması müasir tələblərə uyğun formada həyata keçirilir.

Ş.İsmayılov dövlət başçısının Ağdərəyə səfəri çərçivəsində 14,7 meqavat gücündə olan “Qozlukörpü” Su-Elektrik Stansiyasının istifadəyə verildiyini xatırladaraq deyib ki, bu, “yaşıl enerji zonası”na çevrilən regionun enerji təhlükəsizliyinə, ekoloji cəhətdən təmiz enerji istehsalına mühüm töhfə verir: “Azad olunmuş ərazilərdə sənaye müəssisələrinin yaradılması istiqamətində də çoxşaxəli işlər həyata keçirilir. Bu xüsusda Ağdərə rayonunda “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək istərdim. İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üzrə fəaliyyət göstərən ilk müəssisədə təxminən min nəfər daimi işlə təmin olunub. Bu cür layihələr həmçinin bölgədə yeni iqtisadi mərkəzlərin formalaşmasına, məşğulluğun artmasına yol açır”.

Komitə sədri qeyd edib ki, bütün genişmiqyaslı və ardıcıl tədbirlərin nəticəsi olaraq bu gün işğaldan azad edilmiş torpaqlarda həyat tədricən bərpa olunur, sosial və iqtisadi fəallıq yüksəlir. Dövlətin yaratdığı təhlükəsiz və müasir yaşayış mühiti insanların doğma yurdlarına qayıdışını sürətləndirir, bölgədə dayanıqlı məskunlaşma təmin olunur. Görülən işlərin nəticəsidir ki, hazırda 73 min insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır ki, bu da həyata keçirilən siyasətin real nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək”

Növbəti xəbər

Venesuela, İran və Qrenlandiya haqda bir neçə kəlmə…

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

6 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

7 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

7 gün əvvəl
Növbəti xəbər
“Özünüzü dolamısınız, yoxsa bizi?!”

Venesuela, İran və Qrenlandiya haqda bir neçə kəlmə...

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

3 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.