İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək”

9 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Azərbaycan-Ermənistan münasibətlərində atılan hər bir addım təkcə siyasi qərar deyil, eyni zamanda ciddi mənəvi ölçüyə malikdir. Çünki onilliklər boyu davam edən bu qarşıdurma yalnız silahlı müstəvidə deyil, həm də yaddaşlarda, travmalarda və cəmiyyətlərin şüurunda dərin izlər buraxıb.
Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev  sosial şəbəkə hesabında yazıb:
“Azərbaycanın dörd erməni məhbusu humanizm prinsipləri əsasında Ermənistana təhvil verməsi mühüm siyasi və etik mesajdır. Bu addım asan qərar deyil, ağrılıdır, cəmiyyət üçün emosional baxımdan ağırdır. Lakin məhz bu çətinliyə baxmayaraq atılması onun dəyərini artırır. Azərbaycan qalib tərəf kimi qisas yox, ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini bir daha nümayiş etdirir. Bu davranış göstərir ki, Bakı sülhü zəiflik kimi deyil, gücün ən ali mərhələsi kimi qəbul edir. Müharibəni udmaq gücdür, amma müharibədən sonra humanizm nümayiş etdirmək daha böyük gücdür. Azərbaycanın bu addımı beynəlxalq ictimaiyyətə açıq mesajdır.
Ermənistan üçün isə bu addım bir növ güzgü rolunu oynayır. Qarşı tərəfin göstərdiyi insani münasibət cavab olaraq siyasi cəsarət, tarixi dürüstlük və məsuliyyət tələb edir. Azərbaycan artıq sübut edib ki, humanizm onun dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Məhz bu yanaşma regionda davamlı və ədalətli sülhün ən güclü təminatıdır.
İnanıram ki, vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək. Yaxın tarix bizə göstərdi ki, dünən mümkünsüz görünən bu gün reallığa çevrilə bilir. Biz dövlətimizə və onun Ali Rəhbərinə inanırıq. Çünki bu siyasət təkcə torpaqları deyil, həm də mənəvi üstünlüyü geri qaytardı”.
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ağdərə səfəri nəyi göstərdi: Prezidentin mesajlarının şifrəsi və Qarabağın yeni mənzərəsi

Növbəti xəbər

Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

9 saat əvvəl
“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

10 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

10 saat əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi 

3 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Gündəm

Zəfərdən suverenliyə, suverenlikdən yeni inkişaf mərhələsinə

4 gün əvvəl
Növbəti xəbər
Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

9 saat əvvəl
“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

10 saat əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

10 saat əvvəl
Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir
Gündəm

Kamran Bayramov: Azərbaycanın Məşvərət Şurasında yer alması geostrateji zərurətdir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.