İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Fevral, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

2 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yanvarın 5-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində 2025-ci ildə Azərbaycanın əldə etdiyi uğurlara, regionda və dünyada baş verən proseslərə ətraflı nəzər salaraq, qarşıda duran vəzifələri, hədəfləri açıqladı, bir sıra məsələlərlə bağlı ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

O qeyd edib ki, dövlətimizin başçısının müdrikliklə müəyyənləşdirdiyi praqmatik xarici siyasət kursu ötən illər ərzində ölkəmizə qlobal müstəvidə etibarlı strateji tərəfdaş imici qazandırıb. Bu baxımdan, 2025-ci il də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, regional əməkdaşlığın dərinləşməsi istiqamətində atılan qətiyyətli addımlarla yadda qaldı. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması ötən ilin ən önəmli hadisələrindəndir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq bir neçə aydır ki, xalqımız sülh şəraitində yaşayır. Təbii ki, sülh ölkəmizin, regionun inkişafı üçün yaxşı perspektivlər açır.

Ötən il yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Prezidentinin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” dediyini xatırladan Şahin İsmayılov bildirib: “Ötən il ölkəmizin bu təşəbbüsünün reallaşması istiqamətində önəmli addımlar atıldı. ABŞ bu layihəni dəstəklədiyini ifadə etdi. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması təmin olunacaq. Eyni zamanda ötən il Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında yeni səhifə açıldı. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, strateji tərəfdaşlıq xartiyasının hazırlanması istiqamətində işlər, 907-ci düzəlişin dondurulması, eləcə də tamamilə ləğvi üzrə atılan addımlar əlaqələrin yüksək dinamik inkişafının göstəricisidir”.

Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrə xüsusi önəm verdiyini söyləyən komitə sədri qeyd edib ki, ötən il imzalanan Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iqtisadi əlaqələrin sürətli inkişafının təzahürüdür. Ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çataraq 4 milyard dolları keçib və bu, Azərbaycanın tərəfdaş ölkələrlə ticarətində ən yüksək artım göstəricilərindən biridir. Həmçinin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşu əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Təbii ki, Orta Dəhliz layihəsi üzrə əməkdaşlıq və onun perspektivləri əlaqələrin genişlənməsində xüsusi rola malikdir.

Şahin İsmayılov, həmçinin bildirib ki, dövlətimizin başçısı müsahibəsində ölkəmizin mövcud iqtisadi vəziyyəti, maliyyə dayanıqlığı, iri infrastruktur layihələrinin maliyyələşdirilməsi və qarşıdakı dövr üçün iqtisadi prioritetlərinə nəzər saldı. Azərbaycanın iqtisadi siyasətinin əsas üstünlüyü ölkənin tam maliyyə müstəqilliyinə nail olmasıdır. Uzunmüddətli, düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edir, ölkəmiz heç bir xarici maliyyə dəstəyindən, kreditlərdən və ya beynəlxalq təsisatların yardımından asılı deyil. Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 16–17 dəfə üstələyir və istənilən vaxt borcun tam ödənilməsi üçün kifayət qədər maliyyə imkanları mövcuddur. Ölkəmizin iqtisadi dayanıqlılığı beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir. “Moody’s” və “Fitch” reytinq agentlikləri Azərbaycanın kredit reytinqini investisiya səviyyəsini yeniləyərək proqnozu “sabit”dən “müsbət”ə yüksəldiblər.

“Ötən il qazanılan uğurlar bir daha Azərbaycanın dayanıqlı inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini, ölkəmizin doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan 2026-cı ildə də uğurlu inkişafını təmin edəcək və yeni nailiyyətlərə imza atacaq”, – deyə deputat vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

Növbəti xəbər

Azərbaycanın müharibədən sülhə keçidinin tarixi mərhələsi

Əlaqədar Xəbərlər

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Ermənistan, bizim beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab vermək istəmir

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

4 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

5 saat əvvəl
“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir
Gündəm

“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir

7 saat əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Əldə elə faktlar, elə dəlillər var ki, onların rezonans doğurmaması mümkün deyil” – Elşən Musayev

10 saat əvvəl
Növbəti xəbər
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu

Azərbaycanın müharibədən sülhə keçidinin tarixi mərhələsi

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Ermənistan, bizim beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab vermək istəmir

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir

4 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Xocalı Soyqırımı Memorialı tarixi ədalətin bərpasının parlaq təcəssümüdür ŞƏRH

5 saat əvvəl
“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir
Gündəm

“Dövlətçiliyimizin qorunması və inkişafında gənclərin rolu” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilmişdir

7 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.