İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Elman Nəsirov: ““Güclüsənsə, haqlısan” məntiqi işləyir”

7 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Cənab Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir sıra strateji əhəmiyyətli məsələləri dilə gətirdi, xüsusilə, müasir dünya nizamına, bugünkü dünya reallıqlarında güc faktoruna diqqəti çəkdi. Dövlətimizin başçısı hələ 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məsələyə xüsusi diqqət ayırmışdı. O zaman da qeyd etmişdi və televiziya kanallarına müsahibəsində də bir daha vurğuladı ki, bu gün beynəlxalq hüquq yoxdur. Bu gün dünyada güc amili var. “Güclüsənsə, haqlısan” məntiqi işləyir. Bu gün beynəlxalq hüquq yox, dövlətlər arasında əməkdaşlıq, müttəfiqlik var, hüququn gücü yox, gücün hüququ işləyir. Həqiqətən də, belədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Cənab Prezident vurğuladı ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının son sammitində də biz Türk Dövlətləri Təşkilatının üzvlərinin birgə hərbi təlimlər keçirmələri məsələsini təsadüfən qaldırmadıq. Çünki ikitərəfli formatda belə hərbi təlimlər var, amma daha çox Türkiyə ilə keçirilir. Üzv dövlətlər arasında birgə hərbi təlimlərin keçirilməsi olduqca vacib məsələdir. Biz Türk Dövlətləri Təşkilatını heç də hərbi təşkilata çevirmək hədəfini seçməmişik, amma güclü olmalıyıq, müxtəlif komponentlər, hərbi təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığımız daha da inkişaf etdirilməlidir. Geostrateji, geosiyasi platformaya çevrilməliyik. Bu proses bu gün getməkdədir. Cənab Prezident qeyd etdi ki, son zamanlar, xüsusilə, dünyada baş verən proseslər bir daha göstərir ki, bəli, güc amili həlledicidir. Eyni məntiqlə Azərbaycan dövləti öz təhlükəsizliyi və müdafiə gücü məsələlərinə önəm verir. Nəzərə alsaq ki, 2025-ci ildə Azərbaycanın müdafiə və təhlükəsizlik büdcəsi 8,4 milyard manat təşkil edirdisə, 2026-cı ilin dövlət büdcəsində eyni məqsəd üçün əlavə olaraq 318 milyon manat vəsait ayrılıb. Hazırda hərbi xərclərimiz 8,7 milyard manata çatıb. Bu gün beynəlxalq hüquq yox, məhz güc faktoru həlledici faktordur. Biz öz itirilmiş torpaqlarımızın bərpasında da güc amilindən istifadə etdik. Bunu BMT Nizamnaməsinin 51-ci, yəni “ərazisi təcavüzə məruz qalmış dövlətin fərdi və kollektiv müdafiə hüququ var” maddəsinə istinadən reallaşdırdıq. Bundan sonra da güclü olmalıyıq, çünki müasir dünya reallıqları bunu tələb edir”, – deputat bildirib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır

Növbəti xəbər

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

6 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı

Ötən il qazanılan uğurlar Azərbaycanın doğru yol ilə irəlilədiyini açıq şəkildə nümayiş etdirir

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

6 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

22 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.