İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 İyun, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu dedi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini dedi, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd etdi.

Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verdi.

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.

Qonaq Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin və Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreynin Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Eyni zamanda, dövlətimizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbərlərinə də öz ehtiramını çatdırdı.

Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğuladı. O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu dedi.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırdı.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirdi, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladı, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə etdi, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırdı.

Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi dedi ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

XİN: Brüssel görüşünü normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik

Növbəti xəbər

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

2 ay əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

10 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

10 ay əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

2 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 gün əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.