İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

6 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

 

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində biz tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, strateji və müttəfiqlik tərəfdaşlığı qurmuşuq.  Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform Agentliyinə müsahibəsində deyib. “İkitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil kimi fəal və konstruktiv dialoqu qeyd etmək istərdim. Çünki bu fəaliyyətlər yüksək səviyyədə baş verir və dövlətlərarası münasibətlərin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verir. Bu, mənim son üç ildə qardaş ölkəyə yeddinci səfərimdir. Hər səfərimdə Qazaxıstanın sürətli inkişafının, yeni nailiyyətlərin şahidi olmaqdan şadam. Bu nailiyyətlər Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və planlı dövlət siyasətinin sübutudur. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusilə heyranedicidir. Bu əlamətdar nəticələr münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Bu müddət ərzində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev altı dəfə Azərbaycana səfər edib. Bütün bunlar bizim ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri inkişaf etdirmək istəyimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdəki aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri inkişaf etdirməyə imkan verir. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzini tikən qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu mərkəz bu gün 100-ə yaxın uşağın təhsil aldığı mühüm mədəni-maarif ocağına çevrilib”, – dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ötən illər ərzində iki ölkə möhkəm hüquqi baza – 170-ə yaxın sənəd hazırlayıb, siyasi, ticari-iqtisadi, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradıb: “Mən Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin əhəmiyyətini vurğulamaq istərdim. Eyni zamanda, bu il biz bu mühüm sənədin imzalanmasının 20 illiyini qeyd etdik. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sahələrdə inkişafı üçün möhkəm zəmin yaradıb və ötən illər ərzində ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ali Dövlətlərarası Şuranın keçirilməsinin vacibliyini də qeyd etmək lazımdır. Onun ilk iclası ötən il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı keçirilib. Astanada keçiriləcək ikinci görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə çıxarılması istiqamətində atılan addımlar müzakirə olunacaq.

Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

 

Müşfiq Səfərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qardaşlıq üzərində qurulan münasibətlər

Növbəti xəbər

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

6 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

9 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

12 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

1 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

6 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

9 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.