İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Azərbaycan və Qazaxıstan prezidentlərinin fəal siyasi dialoqu iki ölkə münasibətlərinin inkişafında mühüm rola malikdir

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər iki ölkə münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov qeyd edib ki, prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə səyləri ilə qardaş ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da genişlənib. Qarşılıqlı hörmət və etimad prinsipləri əsasında yüksələn xətlə inkişaf edən münasibətlər xalqlarımızın rifahına xidmət göstərir. Qardaş Qazaxıstan tərəfindən Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi xalqlarımızın və ölkələrimizin dostluq münasibətlərinin əyani təzahürüdür.

“Təbii ki, dövlət başçıları arasında aparılan fəal siyasi dialoq Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında xüsusi rola malikdir. Yüksəksəviyyəli təmaslar, aparılan danışıqlar zamanı verilən qərarlar və onların uğurlu icrası münasibətlərin dinamik inkişafını təmin edir. Bu xüsusda, Azərbaycan Prezidentinin Qazaxıstana nəzərdə tutulan dövlət səfəri əməkdaşlığın hərtərəfli inkişafının növbəti mərhələyə yüksəlməsi üçün yeni imkanlar açacaq”, – deyə komitə sədri qeyd edib.

Parlamentari bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan-Qazaxıstan əlaqələrinin dinamik inkişafı regional sabitliyin təmin olunması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu illər ərzində ölkələrimiz arasında münasibətlərin möhkəm hüquqi bazası formalaşdırılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə ölkələrimizin əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Azərbaycan və Qazaxıstanın çoxtərəfli platformalarda da uğurlu əməkdaşlıq etdiklərini söyləyən komitə sədri diqqətə çatdırıb ki, ölkələrimiz Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində də ortaq mövqelərini ardıcıl şəkildə müdafiə edir, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, mədəni inteqrasiya sahələrində bir-birinə dəstək göstərir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətləri gücləndirir, həm də regionda yeni geosiyasi və iqtisadi sinerji yaradır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

Növbəti xəbər

Beş illik azadlığın mübarək Zəngilan!

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 həftə əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Beş illik azadlığın mübarək Zəngilan!

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.