İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bəzən ürəyim partlayır ki, onların söylədiklərini hamıya açıqlayım”

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dünən yaxın bir dostumla görüşmüşəm. Çay içib, söhbət edirik…

 

Birdən mövzu təsadüfən gəldi, “Qarabağ” futbol klubunun üzərinə. Dedi, Elşən, bilmirəm, ogünkü oyuna baxdın, ya yox, amma biz həqiqətən “Benfika”nı bəxtəbəxt deyil, məhz alın təri ilə yendik. Çünki ortalıqda əzm vardı, zəka vardı, sistem vardı. Ən əsası: bizim görmədiyimiz, bəlkə də heç bir zaman görə bilməyəcəyimiz məqamlar, xırdalıqlar…illərin zəhməti, yuxusuz gecələri vardı.

 

Və…anidən qayıtdı ki, qardaş, bu hələ “Qarabağ” futbol klubudur e…Sən indi təsəvvür elə, Qarabağın özünü büs-bütün geri qaytarmaq, düşmən tapdağından azad etmək üçün cənab hansı fədakarlıqlara gedib, hansı hazırlıqları görüb, hansı riskləri gözə alıb…

 

Nə qədər doğru!

 

***

 

Müharibədən sonra bəzi dövlət adamları ilə, həmin müharibənin tam episentrində qərarlaşan insanlarla təmaslarım, görüşlərim oldu.

 

İnanın, elə şeylər danışdılar ki…

 

Bəzən ürəyim partlayır, onların söylədiklərini hamıya açıqlayım, real və dərin təfsilatlar barədə hamıya məlumat verim, bütün olub – bitənləri hamı üçün nüans-nüans, detal-detal xırdalayım…

 

Amma onu da anlayıram ki, hələ zamanı deyil.

 

Zatən zamanı gələndə, dövlət, ya da Prezidentin özü hər şeyi açıqlayacaq.

 

Mən isə indiki məqamda, ümumi anlamda sadəcə bir neçə şeyi deyə bilərəm:

 

İlham Əliyev bu mübarizəyə, Azərbaycanın suverenlik savaşına bütün təhlükələri gözə alaraq, ortalığa sözün gerçək anlamında böyük İRADƏ və ÜRƏK qoyaraq qoşulub!

 

İlham Əliyev inanılmazları ona görə bacarıb ki, elə inanılmaz da fədakarlıqlar göstərib!

 

Nəhayət: İlham Əliyevin Qarabağ fatehliyi – onun bir tək müdrikliyinin, gücünün deyil, həm də mərdliyinin və qorxmazlığının bəhrəsidir, təntənəsidir, təcəssümüdür!

 

Ayrıca…bu da ayrı bir faktdır ki, ən kritik məqamda, Şuşa əməliyyatından öncə cənab Prezidentə son dərəcə ciddi risklər barədə məruzələr edilərkən, o, yaxın ətrafına və komandasına nəyin bahasına olursa olsun bu işin tamamlanması gərəkdiyini bildirib və Şuşasız hər şeyin yarımçıq qalacağını söyləyib.

 

Bir anlıq bilirsinizmi, nəyi xatırladım? – Sarayda son çıxışı zamanı Ulu Öndərin halının pisləşməyini…

 

İkinci büdrəmədən sonra Vahid Axundov da, həkim korpusu da onu var gücü ilə inandırmağa çalışmışdı ki, yenidən tribunaya qayıtmaq olmaz. Hətta qayıdacağı təqdirdə yaşama şansının maksimum 2-3 faiz olduğunu da açıq söyləmişdilər.

 

Heydər Əliyev isə bütün bu israrlara baxmayaraq yenə qayıtdı.

 

Qayıtdı və ölümü öldürdü! Cəsarəti ilə.

 

Necə ki,…Şuşanın işğaldan azad olunmasına ən yaxşı halda 1 faizlik ehtimal verənlərin proqnozlarını İlham Əliyev puç, alt-üst elədi və həmin 1 faizi 100 faizə qaldırmağı bacardı!

 

***

 

Tez-tez deyirik ha. Ki, biz Azərbaycanın mövcudluğunu, varlığını Heydər Əliyev irsinə və onun davamçısına borcluyuq.

 

Əmin olun: bunu səbəbsiz yerə, sıradan və gəlişi gözəl söz kimi demirik!

 

Üstəlik, tam səmimiyyətimlə söyləyirəm ki, əsl səbəb – iki nəhəng siyasətçinin müxtəlif zaman kəsiklərində Prezident seçilmələri, hakimiyyətin olimpində qərarlaşmaları, iqtidar və siyasi güc olmaları da deyil.

 

Əsl səbəb…..Onların ən böyük azərbaycanlı olmalarıdır, Azərbaycan naminə kimsənin gedə bilməyəcəyi risklərə getmələridir, edə bilməyəcəyi fədakarlıqları etmələridir, xalqın, millətin maraqlarını nəinki hakimiyyətlərindən, hətta canlarından belə üstün tutmalarıdır!

 

***

 

Dünən, Dövlət Suverenliyi günü idi.

 

İnanın, sırf maraq üçün radikal müxalifətin əsas təmsilçilərinin səhifəsinə nəzər saldım. Ki, görüm, bu barədə nəsə yazıblarmı?

 

Yazmamışdılar.

 

Biri öz partiyasının rayon təşkilatının sədrinin yubileyindən bəhs etmişdi. Digəri isə ən adi, bəsit bir məişət mövzusundan.

 

Bilirsinizmi niyə?

 

Çünki mövcud və faktiki proseslərin onlar üçün heç bir dəyəri və anlamı yoxdur.

 

Çünki 10 milyon yarım insan suveren oldu, amma 20 – 30 nəfərlik qaraguruh heç cür ola bilmədi ki, bilmədi.

 

Çünki…həmin beyinlər kənar təsirlərin, xarici – xüsusi xidmət orqanlarının, erməni lobbisinin, Şvabe ideologiyasının elə bir işğalına məruz qalıb ki, artıq bundan sonra belələrinin ruhən və mənən müstəqil, azad, suveren olması, milli olması, adam olması, vətəndaş olması həqiqətən, sözün gerçək anlamında tam mümkünsüzdür!

 

***

 

Tanrı İlham Əliyevi qorusun.

 

Və mümkün qədər çox qorusun ki, doğma Azərbaycanımızın çöhrəsindəki işığı, sevinci, xoşbəxtliyi hələ uzun müddət görə, dada və hiss edə bilək…

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yenidən qurulan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şanlı qələbəmizin təzahürüdür

Növbəti xəbər

Belə tədbirlər dövlətimizin idman diplomatiyasında mühüm rol oynayır

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 həftə əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Belə tədbirlər dövlətimizin idman diplomatiyasında mühüm rol oynayır

Belə tədbirlər dövlətimizin idman diplomatiyasında mühüm rol oynayır

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.