İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Aprel, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

8 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı məsələsinə sadiqliyini bəyan edib və bu mövzuda daim prinsipial mövqe nümayiş etdirib. Otuz il işğaldan əziyyət çəkən Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi də məhz bu prinsipial xəttin tərkib hissəsidir.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin əsassız və məntiqdən uzaq açıqlaması reallığı əks etdirməyən, dəyərsiz söz yığınından başqa bir şey deyil”, – deyən Şahin İsmayılov qeyd edib ki, Azərbaycan uzun illərdir balanslaşdırılmış, çoxşaxəli və müstəqil xarici siyasət kursu yürüdür. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi siyasət ölkəmizin milli maraqlarına xidmət edir.

Komitə sədri qeyd edib ki, heç bir ölkə və ya hər hansı qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilməz. Ölkəmiz bu gün beynəlxalq münasibətlər sistemində güclü aktor kimi mövqelərini möhkəmləndirir. Dünyanın bir nömrəli ölkəsi olan ABŞ Azərbaycana və onun Prezidentinə hörmətini ifadə edir və ölkəmiz ilə strateji əməkdaşlıq əlaqələri qurur. Bu xüsusda, Zatulinin Azərbaycan-ABŞ münasibətlərinə dair qeydinin də heç bir əsası yoxdur.

“Azərbaycan torpaqlarının işğalı dövründə separatçılarla isti münasibəti ilə seçilən Zatulin bu illər ərzində daim özünün iqtisadi maraqları qarşılığında Azərbaycana qarşı böhtan xarakterli çıxışlar edib, Qarabağa olan qeyri-qanuni səfərləri ilə diqqət çəkib”.

Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə bəyan etdiyini söyləyən Şahin İsmayılov bildirib ki, Vətən müharibəsinin son günündə Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurduğu zaman etdiyi davranışın eynisini də Rusiya tərəfindən gözləyir. Bu, ölkəmizin, xalqımızın haqlı mövqeyidir və tələbidir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk dünyasının yeni üfüqləri

Növbəti xəbər

Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə

Əlaqədar Xəbərlər

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

2 gün əvvəl
Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi
Gündəm

Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi

2 gün əvvəl
Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Gündəm

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

2 gün əvvəl
Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb
Gündəm

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

5 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

2 gün əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

2 gün əvvəl
Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi
Gündəm

Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi

2 gün əvvəl
Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Gündəm

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.