İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Xankəndidəki möcüzə…

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Keçmiş SSRİ-nin daxildə yürütmüş olduğu ən hiyləgər siyasət elementlərindən biri də o idi ki, tərkibinə daxil olan ixtiyari ölkənin vətəndaşını digərinə (məqsədli şəkildə və lokal ərazilərə) transfer etsin, süni assimilyasiya yaratsın və beləcə, gələcək nəsillər üçün müxtəlif zəminli problemlərin əsasını qoysun.

 

Xankəndi də həmin qəbildəndir. Doldurmuşdular, erməniləri buraya. Gərəkli-gərəksiz. Nə qədər mümkünsə, o qədər. Hətta Universitet təyinatlarının prioritet istiqaməti belə Xankəndi idi. Ki, sabah rahatca konflikt yaratmaq mümkün olsun.

 

Xankəndi hələ 1847-ci il çar Rusiyası xəritələrinə belə öz adı ilə düşsə də, 1979-cu ilə qədər azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi məkan olsa da, sonradan SSRi-nin məkrli etnik siyasəti nəticəsində ermənilərin kütləvi axın etdiyi məmləkətə çevirildi, 1991-ci ilin dekabrında əsl sahibindən tamamən uzaqlaşdırıldı və nəhayətində separatizmin “qibləsi” kimi tanındı.

 

Xankəndinin relyefi – zamanında inzibati və yaşayış binalarının tikintisi, eyni zamanda periferik paytaxtın yaradılması üçün ən uyğun variant hesab edilib və…elə ona görə də ermənilərə şiddətlə tövsiyyə olunub ki, xərçəng hüceyrəsi kimi yayılmağa məhz buradan başlasınlar.

 

Xankəndinin elə bir möcüzəvi havası var, həmin havaya yalnız yuxuda və cənnətdə rastlamaq olar. Misilsizdir! Bənzərsizdir! Müqayisəsizdir! Üstəlik, o qədər müalicəvidir ki, 30 ilin təzyiq xəstələri və ya aylarla, illərlə “baş ağrısı” həbindən asılı qalanlar burada dərmandan rahatca imtina edə bilərlər.

 

Ümumiyyətlə, bir məqama xüsusi diqqət yetirmək gərək: Ermənilər ən çox Azərbaycanın hansı məkanlarında lövbər salıblar? – Bakıda Bakıxanov (Razin), şimalda Oğuz, Qəbələ (Vartaşen, Qutqaşen) Qarabağda Xankəndi…Yəni, havası, təbiəti ən möhtəşəm olan yerlər…

 

***

 

Bu yaxınlarda siyasi partiya rəhbərləri ilə Xankəndinə səfər etmişdik.

 

Bildiyiniz şəhərdir. İnfrastrukturu tam, dinamikliyi son dərəcə yüksək olan şəhər. Həm də dağıntısı az…Çünki, 24 saatlıq anti-terror əməliyyatı elə bir sürət və peşəkarlıqla həyata keçirildi ki, düşmənin nəyisə dağıtmağa, özü ilə götürməyə, ya da mina basdırmağa zamanı çatmadı. Çünki, Vətən müharibəsinin ilkin yekunundan sonra ermənidə arxayınlıq yaranmışdı və onlar da eynən radikal müxalifətimizin üzdəniraq ünsürləri kimi düşünürdülər ki, Xankəndiyə toxunulmayacaq, yaxınlaşılmayacaq, bu şəhərin “status-kvo”su dəyişməyəcək.

 

Çünki Harutunyanın ağlına da gəlməzdi ki, onun həbsi – rəhbəri olduğu separat rejimin saxta parlament divarlarının yarım metrlik həndəvərində, bayraq asdığı güşənin bircə addımlığında reallaşacaq və bu dəfə köməyinə kimsə çata bilməyəcək…

 

Xankəndində xeyli gəzdik, dolandıq. Və səlahiyyətli nümayəndə sağ olsun, qısa zaman kəsiyində bizə maksimum zaman, diqqət ayırdı, qonaq heyətini görülən işlərlə tanış etdi. Eyni zamanda müşahidələrimizdən və eşitdiklərimizdən aydın oldu ki, Xankəndidə iş adamları, onların bölgəyə rahat sərmayə qoyması üçün bütün mümkün imkanlar yaradılıb və bu da heç şübhəsiz, ilk növbədə cənab Prezidentin tapşırıqları, daha sonra isə…Elçin müəllimin, onun işgüzar komandasının zəhməti sayəsindədir.

 

***

 

3 gün öncə siyasətdən tamamən uzaq olan dostlarımla çay içirdik…

 

Anidən biri qəfil qayıtdı ki, “Xankəndidə nə baş verir?” (Adam medianı qətiyyən izləmədiyinə görə, çox güman, bu barədə sosial şəbəkələrdən xəbər tutmuşdu) İnanın, əvvəl duruxdum və bilmədim haradan başlayıb, harada qurtarım. Çünki desəm, İƏT-in 17-ci Zirvə görüşü-filan…..əvvəl soruşacaqdı ki, İƏT nədi, sonra Zirvə görüşü, sonra onun mahiyyəti, anlamı, səbəbi və sair, ilaxır.

 

Əlqərəz, əhatəli danışsam “a” nöqtəsindən “z” nöqtəsinə qədər uzun məsafə qət etməli idim. Bu səbəbdən özümü yormadım və bəlkə də reflektiv olaraq cavabı qısa elədim: “Möcüzə!”

 

….Ayrıca, nə qəribədir, daha sonra nə əlavə sual oldu, nə də anlaşılmayan, məchul qalan hansısa məqam…

 

***

 

Çox dəyərli oxucular, mənim əzizlərim!

 

Mümkündür, təkrarçılığa yol verək – bir şeyi dəfələrlə söyləyək.

 

Fəqət, əmin olun, bir sıra həqiqət və reallıqlar var ki, onların dəfələrlə söylənməsi də, təkrarçılığı da var olduğumuz, nəfəsimiz gəldiyi sürəcdə, ağzımız, dilimiz söz tutana qədər davam etməlidir və əsla unudulmamalıdır:

 

İlham Əliyev həqiqətən, xariqələr yaradıb!

 

İham Əliyev – bizim yuxularımıza belə yaxın gəlməyən arzuları gerçəkliyə çevirib!

 

İlham Əliyev – Qarabağdakı vəziyyəti hətta Sovetlər dövründə olduğundan, yəni, 1-ci Qarabağ müharibəsindən əvvəlki durumdan da daha yaxşı şərtlərlə Azərbaycanın xeyirinə doğru dəyişib.

 

İlham Əliyev “ən” və “ƏN” mümkünsüzləri belə mümkün edib!

 

***

 

Xankəndidə Zirvə görüşü keçirilir. Ölkəmiz dünyanın 4 bir yanından qonaqlar qəbul edir. Türk dövlətləri. İslam dövlətləri. Hətta İran…

 

P.S. Möcüzənin, gözəlliyin bundan ötəsi olurmu? Ola bilərmi?!

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qarabağda yeni tarix yazılır: Azərbaycanın regional liderliyi təsdiqləndi

Növbəti xəbər

Azərbaycanın sərmayə iqlimi və regional rolu

Əlaqədar Xəbərlər

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları
Gündəm

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları

5 saat əvvəl
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti
Gündəm

Azadlıqdan sonra dirçəliş

9 saat əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Qubadlı – Azərbaycan xalqının qürur mənbəyi

9 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

3 gün əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Azərbaycanın sərmayə iqlimi və regional rolu

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları
Gündəm

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları

5 saat əvvəl
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti
Gündəm

Azadlıqdan sonra dirçəliş

9 saat əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Qubadlı – Azərbaycan xalqının qürur mənbəyi

9 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.