İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“8 Noyabr” Elektrik Stansiyası Ulu Öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə təməli qoyulan enerji siyasətinin davamıdır

2024-cü il iyunun 24-ü Azərbaycan Respublikasının enerji tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu. Həmin gün ölkə Prezidenti cənab İlham Əliyev Mingəçevirdə yeni inşa edilən “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışında iştirak etdi. Bu mühüm enerji obyektinin istismara verilməsi, təkcə iqtisadi deyil, həm də tarixi, siyasi və mənəvi baxımdan çoxşaxəli əhəmiyyətə malikdir. Bu hadisə ölkəmizin enerji siyasətində və sənaye inkişafında mühüm dönüş nöqtəsi olmaqla yanaşı, həm də Vətən müharibəsində qazanılmış Zəfərin rəmzi olan 8 Noyabr tarixinin əbədiləşdirilməsi baxımından dərin mənaya malikdir. Bu addım həm də dövlət siyasətində ideoloji ardıcıllığın, tarixi yaddaşın qorunmasının və strateji obyektlərin milli kimliyə bağlılığının bariz nümunəsidir. “8 Noyabr” Elektrik Stansiyası hər bir Azərbaycan vətəndaşı üçün fəxarət mənbəyidir – çünki burada həm güc, həm zəfər, həm də gələcək əks olunub.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika sahəsində strateji inkişaf kursunun mühüm tərkib hissəsidir. Qısa müddət ərzində yüksək texnoloji səviyyədə inşa olunmuş bu stansiya 1280 meqavat gücə malikdir. O, ölkənin elektrik enerjisi istehsalı imkanlarını ciddi şəkildə artırmaqla bərabər, enerji balansında səmərəliliyi də yüksəldəcək. Bu mühüm layihənin reallaşması, Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasətinin uğurlu nəticəsidir. Xüsusilə postmüharibə dövründə həm azad olunmuş ərazilərin enerji ilə təchizatı, həm də bütün ölkə üzrə enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlar bu stansiyanın inşasında öz əksini tapıb.

Yeni stansiyanın istifadəyə verilməsi təkcə mühəndis-texniki layihənin uğurla tamamlanması deyil, həm də Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və beynəlxalq əməkdaşlıq potensialının bariz göstəricisidir. Layihənin reallaşmasında İtaliya və Çin şirkətləri ilə qurulmuş tərəfdaşlıq bir daha göstərdi ki, Azərbaycan dünya səviyyəli enerji layihələrinin reallaşdırılmasında etibarlı və cəlbedici məkandır. Ən önəmlisi isə budur ki, stansiya ekoloji standartlara uyğun, enerji effektivliyi yüksək və karbon emissiyası aşağı olan avadanlıqlarla təchiz olunub. Bu da onu regionda ən müasir elektrik stansiyalarından birinə çevirir.

Az bir müddətdə bu cür mürəkkəb və böyük enerji infrastrukturunun tikilib istifadəyə verilməsi həm də yerli və xarici mütəxəssislərin birgə səylərinin, sinerjinin nəticəsidir. Prezident İlham Əliyev açılış mərasimində bu əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək, Azərbaycanın sənaye və texnologiyalar sahəsində beynəlxalq əlaqələrinin yeni mərhələyə keçdiyini vurğulayıb.

Azərbaycan son onilliklərdə dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınıb. Neft və qazla zəngin olan ölkə, eyni zamanda enerji şaxələndirilməsi və bərpa olunan mənbələrin inkişafı sahəsində də ciddi irəliləyişlərə nail olub. “8 Noyabr” Elektrik Stansiyası bu strategiyanın bir hissəsi kimi enerji təhlükəsizliyinin daha da gücləndirilməsinə, ixrac potensialının genişlənməsinə və sənaye zonalarının dayanıqlı enerji təminatına xidmət edəcək.

Stansiya müasir texnologiyalarla təchiz olunub və ekoloji baxımdan dayanıqlı həllərlə inşa edilib. Bu isə onu regionun ən müasir enerji istehsalı müəssisələrindən birinə çevirir. Prezident İlham Əliyev açılış zamanı bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək: “Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq”.

“8 Noyabr” Elektrik Stansiyası, əslində 1974-cü ildə təməli qoyulan enerji siyasətinin davamıdır. Ulu Öndərin Heydər Əliyevin müəyyən etdiyi inkişaf modeli bu gün də Azərbaycan üçün aktualdır – planlı yanaşma, milli maraqlara söykənən strategiya, müasir texnologiyaların tətbiqi və insan kapitalına dəyər verilməsi. Yeni stansiya həm də Azərbaycan xalqının yenilməzliyinin, milli ruhunun və dövlətçilik ənənələrinin enerji sistemindəki əks-sədasıdır. Onun Mingəçevirdə inşa olunması isə rəmzi anlam daşıyır – burada həm tarix, həm bu gün, həm də gələcək qovuşur. Azərbaycanın müstəqil enerji strategiyası, Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə başladığı enerji quruculuğunun nəticəsi olaraq bu gün daha da güclənmiş və yeni mərhələyə qədəm qoymuşdur. Mingəçevirdə reallaşan layihələr – istər “Azərbaycan” İES, istərsə də “8 Noyabr” Elektrik Stansiyası – bu tarixi inkişafın canlı abidələridir. Bu mirasın qorunması və inkişaf etdirilməsi bugünkü və gələcək nəsillərin qarşısında duran mühüm vəzifədir. Çünki enerji təhlükəsizliyi – yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik, suverenlik və inkişafın dayanıqlılığı deməkdir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji salnaməsində mühüm bir səhifə açır. Bu layihə həm enerji təchizatında etibarlılığı artırır, həm yeni sənaye layihələrinin inkişafına təkan verir, həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Eyni zamanda, bu stansiya xalqımızın qürur, mübarizə və inkişaf yolunun enerji sistemindəki bariz ifadəsidir. Bu stansiyasının istifadəyə verilməsi ilə Azərbaycan bir daha sübut etdi ki, enerji sahəsində strateji layihələrin icrası ölkənin davamlı inkişafına və enerji müstəqilliyinə mühüm töhfələr verir. Bu stansiya həm də gələcək nəsillər üçün mühüm irs olacaq – müasir texnologiyaların tətbiqi, qlobal tərəfdaşlıq nümunələri və milli qürur bir araya gələrək Azərbaycanın gücünü, iradəsini və inkişaf yolunu nümayiş etdirir.

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın enerji siyasətində yeni mərhələ

Növbəti xəbər

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

Əlaqədar Xəbərlər

Könül Nurullayeva vətəndaşlarla görüşüb
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüşüb

4 gün əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

1 həftə əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

2 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

3 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

1 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

Mehriban Əliyeva – xeyirxahlığın və humanizmin ünvanı
Gündəm

Mehriban Əliyeva – xeyirxahlığın və humanizmin ünvanı

16 saat əvvəl
Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır
Gündəm

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

22 saat əvvəl
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib
Gündəm

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib

22 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.