İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Fevral, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir müstəqil Azərbaycan dövlətinin vahid nizami Ordusunun qurulması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müdrikliyinin, yorulmaz fəaliyyətinin, siyasi uzaqgörənliyinin nəticəsində ağır böhrandan üzüağ çıxan Azərbaycan bütün sahələrdə davamlı tərəqqiyə nail oldu. Bu xüsusda, milli təhlükəsizlik strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirilən vahid nizami ordu quruculuğu sahəsində atılan addımları, aparılan islahatları qeyd etmək lazımdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunun müasir əsaslarla yenidən qurulması, onun maddi-texniki bazasının formalaşdırılması, peşəkar hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Ümummilli Liderin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda regionun ən güclü və modern ordusunu formalaşdırdı. Hərbi texnika, infrastruktur və şəxsi heyətin hazırlığı sahəsində mühüm nailiyyətlər əldə olundu. Xüsusən, hərbi sənaye kompleksinin formalaşdırılması və yerli müdafiə məhsullarının istehsalı sahəsində ciddi uğurlar qazanıldı”, – deyə komitə sədri qeyd edib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrini təkmilləşdirməklə, gücləndirməklə qalib orduya çevirdiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, 44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri Azərbaycan ordusunun döyüş qabiliyyətini və xalqla ordu arasındakı birliyi bütün dünyaya nümayiş etdirdi. Ordumuz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edərək tarixi ədalətsizliyə son qoydu. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ordunun yüksək döyüş qabiliyyəti və xalq-ordu birliyi tarixi zəfərlərimizin əldə olunmasını təmin etdi. Döyüş meydanında qazanılan parlaq qələbələr dünya hərb tarixində yeni səhifə açdı və Azərbaycan Ordusunu nümunəvi müasir orduya çevirdi.

Komitə sədri bildirib ki, tarixi torpaqlarımızda şərəflə xidmət aparan  Azərbaycan əsgəri bu gün Qarabağ və Şərqi Zəngəzurun təhlükəsizliyini təmin etməklə, aparılan quruculuq işlərinə dəyərli töhfə verir.

Müharibədən sonrakı dövrdə qalib ordumuzun gücünün daha da artırılması istiqamətində zəruri işlərin görüldüyünü söyləyən Şahin İsmayılov qeyd edib ki, dövlətimizin başçısının göstərişi ilə Komando Qüvvələri yaradılıb. Müxtəlif ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq əlaqələri həm texniki modernləşməyə, həm də kadr potensialının güclənməsinə töhfə verir. Eyni zamanda hərbi sənayemiz də yüksələn xətt üzrə inkişaf edir. Minlərlə adda silah-sursat, pilotsuz uçuş aparatları, zirehli texnikalar yerli müəssisələrdə istehsal olunur.

“Bu gün vətənpərvər gənc nəsil ordu sıralarında xidməti dövlətə sədaqətin ifadəsi kimi qəbul edir. Parlaq zəfərlərimiz, Vətən uğurunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqları gənc nəsli daha da ruhlandırır, gənclərimizin dövlətə, xalqa bağlılığını daha da yüksəldir”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

Növbəti xəbər

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

Əlaqədar Xəbərlər

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

1 həftə əvvəl
Növbəti xəbər
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.