İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

11 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın enerji sahəsində bu gün qazandığı uğurlar, beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən dərhal sonra imzalanan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi, Azərbaycanın yalnız enerji sektorunda deyil, ümumilikdə geosiyasi xəritədə də yerini və gücünü dəyişdi. Həmin dövrdə ölkənin iqtisadi və sosial vəziyyəti son dərəcə ağır idi-iflic olmuş iqtisadiyyat, vətəndaş qarşıdurmaları, min faizlə ölçülən inflyasiya və yüz minlərlə qaçqın və məcburi köçkün. Lakin Ulu Öndər Heydər Əliyev bu qaranlıq mənzərəyə baxmayaraq, Azərbaycanın gələcəyini enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda görürdü. Bu strateji yanaşma bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dəki payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr sayəsində Azərbaycan artıq Avrasiyanın enerji xəritəsində mühüm bir mərkəzə çevrilib. Bu gün ölkəmiz 12 ölkəyə qaz ixrac edir və bu say inkişaf edən xətlə artmaqdadır. Eyni zamanda, yaşıl enerji təşəbbüsləri ilə COP29 kimi qlobal platformalarda lider mövqe nümayiş etdirilir. COP29-un “Bakı sıçrayışı” adlandırılması və İtki və Zərər Fondunun artırılması Azərbaycanın beynəlxalq miqyasda məsuliyyətli aktor kimi tanındığını göstərir.

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik.

Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”. Azərbaycan yaxın illərdə Avropa İttifaqına yaşıl enerji ixracı həyata keçirəcək. Bu, demək olar ki,  enerji keçidi çərçivəsində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin nəticəsidir. Belə ki, Azərbaycanın böyük günəş və külək enerjisi potensialı regionun enerji təhlükəsizliyinin formalaşmasına yaxından dəstək olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

Növbəti xəbər

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir

Əlaqədar Xəbərlər

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

1 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

2 gün əvvəl
Gündəm

Roma anlayır, Brüssel tərəddüd edir: Azərbaycanın artan geosiyasi çəkisi

3 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

1 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.