İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müşfiq Səfərov: COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi.  Hər il keçirilən “Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.

Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Azərbaycanda ilk ixtisaslaşdırılmış neft-qaz sərgisinin təşəbbüskarı, qlobal neft-qaz şirkətlərini Azərbaycan neft-qaz sənayesinin inkişafına cəlb etmək üçün bu sərgini yaxşı platforma hesab edən Ümummilli Lider Heydər Əliyevdir. O vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak etmişdir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir.

COP29-un Azərbaycanda keçirilməsinin regional və qlobal təhlükəsizlik sistemi arxitekturasının formalaşdırılması, qarşılıqlı fayda verən əməkdaşlıq platformalarının reallaşdırılması aspektində ciddi stimulverirci hadisədir. Həmin özəlliyi cənab Prezident İlham Əliyev diplomatik məharətlə tədbirdəki nitqində ifadə etmişdir. Dövlət başçısı demişdir: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı”. Cənab Prezidentin bu fikri enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizliklə sıx bağlılığını ifadə edir. Milli təhlükəsizlik özlüyündə geniş anlayışdır və XXI əsrdə ilk baxışdan bir-birindən uzaq olan iqlim dəyişikliyi ilə enerji təhlükəsizliyini də ehtiva etməsi günün reallığıdır. Çünki enerji hasilatı ekologiyaya təsir edir, bu isə iqlim dəyişikliyinə səbəb olur. Deməli, enerji strategiyası (istehsal+daşınma) birbaşa iqlimə, torpağa, suya, bütövlükdə, atmosferə ciddi təsir edən faktorlardandır. O halda lazımdır ki, bu sahədə fəal olan dövlətlər enerji istehsalı və daşınması ilə onun sərf edilməsi və nəticədə bu mərhələlərin atmosferə təsirini kompleks müəyyən edə bilsinlər. Həmin əsasda real proqnozlar verə bilmək şansı meydana gəlir. COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik.Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.Bundan əlavə onuda qeyd etməliyəm ki, COP 29 konfransı Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərərək beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandırıb, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlirlərin gəlməsinə müsbət təsir etdi həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradıb və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan vermiş oldu.Bununla yanaşı COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir.İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılmışdır.
COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsət olmuşdur. Enerji bazarında məsuliyyətli faktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.

COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.

COP 29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artırmış oldu.Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb olmuşdurş.Həmçinin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq edildi. Bu faydalar Azərbaycanın həm ekoloji dayanıqlığını artırıb,həm də iqtisadi inkişafına və beynəlxalq mövqeyinə əhəmiyyətli töhfələr verdi.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan ixrac coğrafiyasını genişləndirir

Növbəti xəbər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

4 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

5 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

5 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.