İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

10 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir. Yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir, münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistan ölkəmizin yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu gün də üç qardaş ölkə arasında həmrəylik davam edir. Üç ölkənin iştirakı ilə Laçında ikinci Zirvə görüşünün keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən təntənəli mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının və strateji əməkdaşlığının növbəti təzahürü oldu.

28 May – Azərbaycan tarixində müstəsna önəm daşıyan bir gündür. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdü. Bu əlamətdar gündə– 28 may 2025-ci ildə Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxış həm tarixi yaddaşın təntənəsi, həm də yeni reallıqların bəyanı oldu. Türkiyə və Pakistan liderlərinin də iştirak etdiyi bu tədbir yalnız bayram xarakteri daşımırdı – bu, həm də Azərbaycanın müasir dünyaya verdiyi güclü siyasi, mənəvi və strateji mesaj idi. Cənab Prezidentin çıxışında səsləndirilən fikirlər təkcə keçmişin qiymətləndirilməsi deyil, eyni zamanda gələcəyə inamın, milli gücün və qardaşlıq münasibətlərinin bariz ifadəsi kimi tarixə yazıldı. Azərbaycan Respublikasının son onilliklərdə keçdiyi tarixi yolun ən ağrılı səhifələrindən biri Ermənistanın işğalçılıq siyasəti nəticəsində baş vermiş faciələrdir. Xalqımız bu ədalətsizliyi heç vaxt qəbul etmədi və güclü iradəsi, siyasi liderliyi, iqtisadi inkişafı və vətənpərvər ruhlu ordusu sayəsində öz torpaqlarını azad etməyə nail oldu. Prezident İlham Əliyevin çıxışında əksini tapan əsas məqamlar həm tarixi ədalətsizliyin mahiyyətini, həm də bu ədalətsizliyin aradan qaldırılması üçün atılan konkret addımları əks etdirdi. Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etsə də, bu yol asan olmadı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımız kütləvi qırğınlara və etnik təmizləməyə məruz qaldı. Xocalı soyqırımı bu siyasətin ən qanlı səhifəsi kimi tarixə düşdü. 613 günahsız insan, o cümlədən qadınlar və uşaqlar bir gecədə qəddarcasına qətlə yetirildi. Bununla yanaşı, Azərbaycanın Laçın, Şuşa və digər bölgələri ardıcıl olaraq işğal olundu. Ümumilikdə, ölkə ərazisinin təxminən 20 faizi işğal altına düşdü və yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycan dövləti bu işğalla heç vaxt barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq səviyyədə haqlı mövqeyini ardıcıl şəkildə müdafiə etdi. BMT, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və hüquqi əsaslar yaratdı. Paralel olaraq güclü iqtisadiyyat formalaşdırıldı, ordu quruculuğuna böyük sərmayələr yatırıldı və ölkənin müdafiə qabiliyyəti müasir tələblər səviyyəsinə çatdırıldı. Bu güc amilləri Vətən müharibəsində Qələbəni təmin etdi. Bu tarixi nailiyyətlər təkcə silah gücü ilə deyil, həm də milli ruh, vətənpərvərlik və xalq-iqtidar birliyi ilə mümkün olmuşdur. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, müstəqil, torpağına bağlı, milli dəyərlərlə tərbiyə olunan gənc nəslin yetişdirilməsi bu Qələbənin mənəvi dayaq nöqtəsidir. Bu gün Azərbaycanın gəncləri təkcə silahlı mübarizədə deyil, həm də elm, iqtisadiyyat və diplomatiya sahəsində ölkəmizin maraqlarını uğurla qoruyur.

Dövlət başçısının çıxışında vurğulandığı kimi, Azərbaycanın işğaldan azad olunmuş torpaqlara qayıdışı sadəcə fiziki deyil, həm də mənəvi və tarixi baxımdan əvəzsiz hadisədir. “Biz qayıtmalıydıq və qayıtmışıq” sözləri bu xalqın iradəsinin, səbrinin və haqlı mübarizəsinin simvoluna çevrilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

 

Niyaməddin Əsgərov,

 

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

Növbəti xəbər

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

1 həftə əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

4 həftə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 ay əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

2 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 ay əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

6 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.