İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…

12 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” – Ulu Öndər Heydər Əliyev

Müstəqil olmaq və müstəqil qala bilmək anlayışları arasındakı əsas fərq zamandadır. Müstəqil qala bilmək, müstəqil olmaqdan daha çətindir. Suverenliyin davamlılığını təmin etmək idarə edənlər üçün xüsusi əhəmiyyətlidir. Dünya da heç də müstəqilliyini elan edən hər bir dövlət, müstəqil qala bilməmişdir. Tarixdə bununla bağlı onlarla nümunə olsa da, bir neçəsi xüsusi ilə maraqlıdır.

  1. Krım Xalq Respublikası (KXR)

Çar Rusiyasında artan inqilab və azadlıq meylləri Krım türklərindən də yan keçmədi. 7 aprel 1917-ci ildə “Ümum Krım Müsəlmanları Qurultayı” keçirildi. Qurultayın keçirilməsi Krım türklərinin öz azadlıq mübarizəsinə olan inamını artırdı. 1917-ci il 2 oktyabr tarixində Simferopolda keçirilən “II Ümum Krım Müsəlmanları Qurultayı” Krım tatarlarının parlamenti olan Kurultay-a seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi. Noyabr ayının ikinci yarısında seçkilər həyata keçirildi.  9 dekabr 1917-ci ildə Noman Çələbi Cihanın təşkilatçılığı ilə Birinci Krım-Tatar Kurultayı və ya Tatar Parlamenti fəaliyyətə başladı. 13 dekabr 1917-ci ildə Kurultay milli azadlıq, sosial bərabərlik və demokratiya ideallarına əsaslanan Krım Xalq Respublikasını elan etdi. KXR müsəlman dünyasında ilk sosialist respublikası oldu.

Yeni respublikanın müstəqil qalmaq müddəti təəssüf ki, çox davam etmədi. Tezliklə özlərini əvvəllər Rusiya imperiyasının əlində olan bütün torpaqların qanuni varisi kimi görən bolşeviklər, KXR-ə qarşı müharibə elan etdilər. İdeoloq, respublikanın ilk sədri, Krım tatarlarının dövlət himninə çevrilmiş “Ant etkenmen” (“And etdim”) poemasının müəllifi Noman Çələbi Cihanı həbs etdilər. O, 1918-ci il fevralın 23-də güllələndi və nəşi Qara dənizə atıldı. Beləliklə də müstəqil Krım Xalq Respublikası (bəzi mənbələrdə Cümhuriyyəti süquta uğradı).

  1. Böyük Kobud və Hazır Respublikası

XX əsrdə ABŞ ərazisində geniş yayılmış “Qızıl qripi” onminlərlə insanı çətin coğrafiyaya malik ərazilərə köç etməyə məcbur edirdi. Bu insanlar əlverişsiz şəraitlərdə yaşayır, qızıl axtarışını həyata keçirir, onu tapdıqdan sonra isə öldürülmədən geri qayıdıb satışını təmin etməli olurdular. Bu tip ərazilərdən biri də Kaliforniyanın Sakramento şəhərindən 100 km uzaqlıqda yerləşən və dünyanın Kobud və Hazır yaşayış massivi idi. Bu ərazidə ilk məskunlaşma mining company from Viskonsin mədənçilik kompaniyası tərəfindən 1849-cu ildə başlanmışdır. Vaxt keçdikcə qızıl axtarışına gələn insanların sayı da artmış və sonra nəticədə yaşayış məntəqəsi şəhərə çevrilmişdir. 7 aprel 1950-ci ildə şəhər həm Kaliforniyadan, həm də ABŞ-dan ayrılaraq öz müstəqilliyini elan etmişdir. Bununda əsas səbəbi artan mədən vergilərindən yayınmaq istəyi olmuşdur. Müstəqil olmağın qalmağın, müstəqil olmaqdan daha çətin olması bir daha özünü göstərmiş və cəmi 12 həftə sonra Böyük Kobud və Hazır Respublikası yenidən ştatlara qoşulmuşdur.

  1. Krım Respublikası

Rusiya-Ukrayna gərginliyi fonunda 2014-cü ildə Rusiyanın adaya qoşun yeritməsi nəticəsində 2014-cü il 17 mart tarixində elan edildi və bir gün sonra Rusiya Federasiyasına birləşdirildi. Formal olaraq Krım adası inzibati ərazi sərhədlərində ikinci dəfə müstəqil dövlət yaransa da, cəmi 1 gün mövcudluğunu qoruya bildi.

  1. Rusiya Demokratik Federativ Respublikası

Bəzi mənbələrə görə tarixin ən qısa müddətdə mövcud olan müstəqil dövləti hesab olunur. Çar Rusiyasının dağılması nəticəsində yaranmış qeyri-müəyyən mühit bir sıra siyasi qrupların yenidən müstəqil dövlət yaratmaq istəyini ortaya qoyurdu. Sağ, sol və mərkəzdən çoxsaylı fraksiyalar hakimiyyət uğrunda mübarizə aparırdılar. 1918-ci ilin yanvarında demokratik yolla seçilmiş Rusiya Müəssislər Məclisi Rusiya Demokratik Federativ Respublikasının yaradılmasını elan etdi. Lakin bolşeviklərin nəzarətində olan icraiyyə komitəsi yeni respublikanın əsas ideyalarının həddən artıq mötədil olduğunu və ən azı radikal solun tələb etdiyi sürətlə zəruri sosialist islahatlarına təkan verməyəcəyinə inanırdı. Bu səbəbdən də  icraiyyə komitəsi dərhal yeni yaranan respublikanı ləğv etdi. Beləliklə bu ölkə bir neçə saatlıq mövcud oldu – nahardan öncə elan edildi, şam yeməyindən sonra süqut etdi.

Bu mövzuda onlarla nümunə gətirmək mümkündür. Diqqət çəkən məqam ondadır ki, nümunə kimi verilən respublikaların üçünün müstəqil qala bilməməsində əsas səbəbkar idarəetmə baxımından fərqlənsə də mahiyyət baxımından eyni olan – Rusiyadır. Bir az daha konkretliyə getsək, Rusiya Federasiyasının qonşusu olmaqla, müstəqil xarici siyasi kurs yeritmək, öz ərazi bütövlüyü və suverenliyini təmin etmək, Cənubi Qafqaz regionunda liderə çevrilmək, Çin və Avropa ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olmaq müstəqilliyin, eyni zamanda müstəqil qala bilməyin ən böyük göstəricisidir. 107 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti də, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 gün ərzində işğala son qoyan, 2024-cü ilin 19-20 sentyabrında öz suverenliyini tam təmin edən Azərbaycan Respublikası da müstəqil qala bilməyin nə qədər çətin və nə qədər məsuliyyətli olduğunu növbəti dəfə dünyaya nümayiş etdirir.

Bugün respublika günü Laçında qeyd olunur. O Laçın ki, uzun müddət nə dili, nə dini, nə də miləti ona uyğun olmayan erməni kəsiminin işğalında olub. Bugün isə ona doğma olanların, öz doğmaları ilə yaşadığı bir məkandır. Belə bir gün də Türkiyə və Pakistan dövlət rəhbərlərinin Azərbaycana daha konkret desək, Laçına səfər etməsi də təsadüfi hal deyildir.

Dost və qardaş üç dövlətin rəhbərlərinin Laçın şəhərində görüşməsi dünyaya verilmiş bir siyasi mesajdır. Nəzərə almaq lazımdır ki, bir müddət öncə öz silahları ilə Ermənistanı silahlandıran Hindistan, Pakistanın dəstəklənməsi bəhanəsi ilə həm Azərbaycan, həm də Türkiyəyə qarşı boykot çağırışları etmişdi. İndi isə Laçından dünyaya dostluq və qardaşlıq çağırışları edilir. Öz müstəqilliyini Cənubi Qafqaz kimi gərgin bir regionda davam etdirən, suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası artıq ümumbəşəri probleblərin həllində iştirak edir, çağırışlar edərək dünyanı bu problemlərə diqqət etməyə səsləyir. Beləliklə Azərbaycan həm müstəqil olmağı, həm də müstəqil qala bilməyi bacarmışdır! 28 May Müstəqillik Günü”

siyasi elmlər üzrə fəlsəfə doktoru Ü.H.Mustafayev

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

Növbəti xəbər

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

Əlaqədar Xəbərlər

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

4 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

1 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

2 həftə əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

3 həftə əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

4 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

1 ay əvvəl
Növbəti xəbər
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib
Gündəm

Beyləqanda yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirilib

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Millətin yolunu işıqlandıran dahi şəxsiyyət

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olaraq mövqeyini daha da gücləndirir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.