İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Öz içimizdəki “maaş vurğunları” da bir şeyi gec olmadan dərk etməlidir ki…

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Düz 3 il əvvəl, sanksiyaların fışqırıq vurduğu dönəmlərdə rus dili beynəlxalq dil qrupundan çıxarılmışdı. Müharibə səbəbi ilə. Adını da belə qoymuşdular ki, işğalçı dövlətin dili NATO, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlarda əsas dillərdən biri ola bilməz. Çünki bizim öz dəyərlərimiz var.

Və…alın, bu da sizə dəyər! Bir neçə gün əvvəl “İstanbul danışıqları” rus dilində aparıldı…

Üstəlik, məlum danışıqlarda Ukrayna Prezident səviyyəsində təmsil olunmasına rəğmən, Putin İstanbula heç nazir də göndərmədi. Hələ o ki qala, özü gəlsin.

Bilirsinizmi niyə?! Ona görə ki, hazırda bütün kartlar Rusiyanın əlindədir, diktə edən tərəf odur və eyniadlı səbəbdən də ürəyi istədiyi kimi davranır. Daha dəqiq desəm: məzələnir.

Lazım idimi sənə, Zelenski?

Hətta “narıncı inqilab”ların dalğasında hakimiyyətə gələn, Qərbin 1 nömrəli adamı hesab edilən Yuşşenko belə zamanında Rusiya ilə açıq konfrantasiyaya getmədi. Elə bilirsiniz, ona Amerikadan “hərəkət eləməsi” üçün təpki yox idimi? Vardı, əlbət. Amma getmədi. Çün anladı ki, böyük bir riskdir, qaş düzəldən yerdə vurub göz çıxarmaq ehtimalı var, sabah onu tarix də, millət də linç edə bilər.

Bu gün danışıqlar İstanbuldadır, başqa gün Fransada olacaq, o biri gün Polşada, digər gün Londonda.

Beynəlxalq təşkilatlarda gəzməyi və yeyib-içməyi sevən nə qədər “həvəskar kontingent”, nə qədər bekar adam, nə qədər “travel-blogger” varsa, hamısı düzlənəcəklər sıraya, yollanacaqlar səfərə. İllər boyunca. Eynən, ATƏT-in Minsk Qrupu kimi.

Amma nəticə olmayacaq!

Çünki güclü deyilsənsə, alınmır. Öldür özünü, dağıt özünü, partlat özünü- alınmır!

Məgər, Azərbaycan 30 il boyunca, torpaqlarımız işğal altında qaldığı müddətdə haqlı deyildimi?

Həm də necə haqlı idi…

Fəqət, proseslər, gedişat, ələlxüsus da BMT-nin öz Qətnamələrinə sahib çıxa bilməməsi, Avropanın riyakarlığı, beynəlxalq hüququn anasının ağlar günə qoyulması, diplomatiyanın qlobal siyasətdə “rudiment alət” halına gətirilməsi onu göstərdi və sübut etdi ki, haqlı olmaq hələ qalib olmaq deyil. Haqlı olmaq ən yaxşı halda işin 30 faizidir. Və nəhayət: haqlı olmaq – sadəcə haqqını tələb etmək üçün əsasdır, haqqına qovuşmaq üçün deyil!

***

Bir ara Azərbaycan siyasətinin radikal və ağıldankəm qanadı durmadan deyinirdi ki, Müdafiə Sənayesi Nazirliyi nəyimizə lazımdır, mənasız qurumdur, büdcədən havayı pul “yeyir”.

Sonra kosmik peykimiz haqda aşağılayıcı fikirlər söylədilər. Ki, hər şeyimiz düzəlmişdi, bircə peyk çatmırdı.

Daha sonra daxildə və xaricdə düzənlənən hərbi təlimləri, “bizim səbrimiz daşır, belə getsə müharibədən savayı əlac qalmayacaq” ritorikasını, hətta, hava proqnozlarında Şuşa, Laçın, Kəlbəcərlə bağlı verilən məlumatları belə dolamağa, ələ salmağa başladılar.

Amma və lakin! Həmin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar Vətən Müharibəsində köməyimizə çatarkən, kosmik peykimiz PUA vuruşları zamanı işğalçı Ermənistanın terror yuvalarını müəyyənləşdirərkən, illərdir təlim keçən gənclərimiz qəhrəmana çevrilərkən, hava proqnozu verilən Şuşamız, Laçınımız, Kəlbəcərimiz düşmən tapdağından azad edilərkən….bu adamlardan birinin də səsi çıxmadı!

Və…həmin ünsürlər, üz qaraları indi də başlayıblar ki, biz əgər Fransa ilə düşməniksə, o zaman Prezidentlər Tiranada niyə elə danışıb-gülürdülər?

Yenə anlamırlar! Ya da absurdca, əbləhcə, həyasızca anlamazdan keçirlər. Ki, əgər bir Lider qalibdirsə, Qarabağ son santimetrinə qədər geri qaytarılıbsa, Fransa- Ermənistan cütlüyü hər cəbhədə məğlubiyyətə uğradılıbsa, hətta Kaledoniya əhalisinin belə son ümid yeri Azərbaycandırsa və…..bütün bunlardan sonra Makron İlham Əliyevin xoşuna gəlmək, gözünə girmək üçün dəridən-qabıqdan çıxırsa, içindəki kin və küdurətə rəğmən zarafat eləməyə məhkumdursa – bizim üçün bundan böyük qələbə ola bilməz!

Bir düşmən bundan artıq sındırıla bilməz!

***

İlham Əliyev tarix yazır. Qızıl hərflərlə! Bütün dünya anladı, etiraf etdi bunu.

Siz də anlayın nəhayət, ay radikallar, ay qaragüruh yığını!

Anlayın ki, biz ukraynalının da günündə ola bilərdik, iraqlının da, suriyalının da, əfqanın da.

Amma olmadıq. Heydər Əliyevə, İlham Əliyevə görə olmadıq. Yəni, bəxtəbəxt deyil, məhz bu böyük KİŞİLƏRİN zəhməti hesabına, müdrikliyi sayəsində – olmadıq!

Eyni zamanda….içimizdəki maaş vurğunları, bu ölkədə 500 manat əməkhaqqısı olanları nəzərə almadan öz 5 minlik əməkhaqqısını narazı halda gündəmə gətirənlər, bir ehtiyatsız açıqlama ilə hər birimizi lüzumsuz yerə yamanladanlar!

Elə siz də gec olmadan dərk edin:

Hazırda mövzu maaş deyil, dövlət və dövlətçilikdir!

Hazırda mövzu sən deyilsən, Vətəndir, İlham Əliyevdir, onları göz bəbəyimiz kimi qorumaqdır!

Hazırda mövzu – pul yığıb, almağa çalışdığın avtomobil, nəvələrinə vermək istədiyin hədiyyələr deyil, Qarabağdır, Zəngəzurdur, Qərbi Azərbaycana qayıdışdır!

Elşən Musayev,

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov Beyləqanın Sarısu qəsəbəsəndə vətəndaşlarla görüşüb

Növbəti xəbər

Azərbaycan-Macarıstan arasında ikitərəfli münasibətlər

Əlaqədar Xəbərlər

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

15 dəqiqə əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

2 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

3 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

4 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan-Macarıstan arasında ikitərəfli münasibətlər

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

15 dəqiqə əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.