İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Oktyabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

6 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dost ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə əsaslanan münasibətlərdə yeni səhifə açır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş katib To Lam tərəfindən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbulu ilə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu sənəd yeni təşəbbüslərin həyata keçirilməsi, birgə əməkdaşlıq üçün geniş imkanlar açır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasında mehriban dostluq əlaqələrinin möhkəm təməlini qoyub. Vaxtilə Azərbaycan neftçiləri Vyetnamda neft sənayesinin qurulması və inkişafı istiqamətində böyük xidmətlər göstəriblər. Həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan vyetnamlı tələbələr ölkələrinin hərtərəfli inkişafına böyük töhfələr verirlər”, – deyə komitə sədri vurğulayıb.

Şahin İsmayılov bildirib ki, 2014-cü ildə Azərbaycan Prezidentinin Vyetnama və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfərləri iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı maraqlara əsaslanan davamlı və dinamik əməkdaşlığın genişlənməsinə təkan verdi. Birinci Azərbaycan-Vyetnam biznes forumunun təşkili, siyasi məsləhətləşmələrin aparılması, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclaslarının keçirilməsi səmərəli əməkdaşlığın inkişafını təmin edib.

“Mətbuata bəyanatında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Beləliklə, hər iki ölkə siyasi, iqtisadi, enerji, mədəniyyət, təhsil, müdafiə, nəqliyyat və digər sahələrdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığı genişləndirmək niyyətindədir. Eyni zamanda, səfər çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə dair imzalanan sənədlər də yeni qurulan strateji tərəfdaşlığın praktiki müstəvidə genişlənməsinə əsaslı zəmin yaradır”, – deyə parlamentin komitə sədri vurğulayıb.

İmzalanan sənədlər sırasında enerji sektoruna dair mühüm sənədlərin olduğunu söyləyən Şahin İsmayılov qeyd edib ki, mövcud ənənələrə əsaslanaraq, bu sahədə qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Bu xüsusda, qarşılıqlı investisiya qoyuluşu və bir sıra layihələrin birgə icrası mümkündür. Neft-qaz sektoru ilə yanaşı, bərpaolunan enerji sahəsi də əməkdaşlıq üçün yaxşı perspektiv vəd edir.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini qeyd edən Şahin İsmayılov deyib: “Azərbaycan ilə Vyetnam bütün istiqamətlərlə yanaşı, parlamentlər səviyyəsində də yaxşı əlaqələrə malikdirlər. Parlamentlərarası dostluq qrupları çərçivəsində münasibətlər, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq uğurla inkişaf etdirilir”.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında qarşılıqlı fəal dialoqa əsaslanan səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Şahin İsmayılov bildirib ki, iki partiya arasında qurulmuş münasibətlər həm siyasi əlaqələrin inkişafına mühüm töhfə verir, həm də partiyalararası təcrübə mübadiləsi və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri vasitəsilə daha da genişləndirilir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

Növbəti xəbər

Daha inamlı gələcəyə doğru

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

3 gün əvvəl
Növbəti xəbər
Daha inamlı gələcəyə doğru

Daha inamlı gələcəyə doğru

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.