İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Yanvar, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

AŞPA-nın almaniyalı təmsilçisi Frank Şvabe növbəti dəfə sərsəmləyib və öz ampluasına sadiq qalaraq müxtəlif mövzular üzərindən ölkəmizi, mövcud iqtidarı ittiham edib.

Adam sanki Azərbaycan üzrə ekspertdir. Və başqa dərdi-filan da yoxdur. Yuxudan narahat qalxır – biz yada düşürük. Evdə arvadla dalaşır – hirsini bizə tökür. Saatı geri qalır – günahı bizdə görür. Dəllək saçını əyrı qırxır – yenə səbəb bizik.

İndi də başlayıb, Milli Məclisdə müxalifət partiyası axtarmağa. Ki, demə bəs Avropa Şurasının əsas tələblərindən biri buymuş.

Hərgah, “müəllim”ə arada soran lazım: Sən axı kimsən ki, bizə başının “razmer”indən 50 dəfə böyük həcmdə məsləhətlər, öyüd-nəsihətlər verəsən, bekar qalan kimi Azərbaycan, onun rəhbərliyi, seçkili orqanları, nazirləri, deputatları haqda ağzına gələni danışasan, öz-özlüyündə müxalifətçilik kriteriyası müəyyənləşdirəsən, AŞPA-da nə zaman olub, nə zaman olmayacağımızla bağlı tarix göstərəsən?

Muzdlu mirzə! Erməni cüzdanından boylanan, nasizmi təbliğ etdiyinə görə 2 dəfə oxuduğu universitetdən qovulan buqələmun!

Nə vermisən Azərbaycana, ala bilmirsən?

Sən hansı mənəvi haqla, hansı “tərcümeyi-halla” özündən bu qədər müştəbehsən?

***

Gürcüstanda keçirilən son seçkiləri izləmək üçün qonşu ölkəyə səfər etmişdik. Şvabe ilə eyni hoteldə qalırdıq. Qalırdıq deyəndə ki…biz qalırdıq, o isə yaşayırdı. Niyə? Çünki adam 4 gün boyunca bircə dəfə də olsun kənara çıxmadı. Daha dəqiq söyləsəm, hotelin ana restoranından o tərəfə addım atmadı. Səhər yeməyinə gedirsən – başının dəstəsi ilə qonşu masada bitib. Günorta yeməyi – yenə eyni cür. Axşam yeməyi – dəyişən bir şey yoxdur. Hətta bir dəfə dözməyib, ofisiantdan soruşdum ki, bu gədə, ümumiyyətlə, oturduğu stuldan tərpənirmi? Gülə-gülə cavab verdi: “Yatmaqdan yatmağa…”

Şvabe seçki günü də hoteldə qaldı və ard-arda mətbuat konfransları keçirdi. Ona görə ki…elə əsas missiyası bu idi: Müşahidə aparmadan qərəzli bəyanat(lar) yaymaq. Avropanın, Qərbin maliyyələşdirdiyi QHT-ləri koordinasiya etmək və nəhayətində Gürcüstanı qarışdırmaq!

Qısası, Şvabe üçün ha Azərbaycan olsun, ha Gürcüstan, ha Polşa, ha Sloveniya – fərqi yoxdur.

Pulunu qoy cibinə, vedrəni ver əlinə.

Qırlıya-qırlıya getsin…

***

Qayıdıram, Frankın “Azadlıq Radiosu”na verdiyi müsahibəyə.

“Müəllim” sonda, ən həssas məqamda belə bir fikir işlədib: “Ortada Avropanın davamlı səyləri olmalıdır ki, real müxalifət partiyaları Milli Məclisdə təmsilçilik qazansın və bundan sonra Azərbaycanın AŞPA-dakı fəaliyyəti bərpa olunsun.“

Amma kaş, Şvabe bu məqamda daha korrekt danışaydı və ən azından iki məsələyə aydınlıq gətirəydi:

1) Əsl müxalifət deyərkən kimi nəzərdə tutur?

2) “Səy” sözü cümlədə hansı anlamda işlənib?

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Rəqəmsal Mühasibatlıq Akademiyası” layihəsinin icrasına start verildi

Növbəti xəbər

Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışlarına yekun vurulub

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Milli enerji strategiyamız ölkəmizin tərəqqisini uğurla təmin edir

3 gün əvvəl
Dünya dəyişir, Bakı mərkəzə çevrilir, güc dövrünün səssiz qalibi
Gündəm

Dünya dəyişir, Bakı mərkəzə çevrilir, güc dövrünün səssiz qalibi

3 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Azərbaycanın dayanıqlı inkişaf modelinin təməli

6 gün əvvəl
Növbəti xəbər
Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışlarına yekun vurulub

Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışlarına yekun vurulub

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.