İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Dekabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək

8 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi istiqamətində fəal iş aparıblar. “Məhz iki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan-Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb. Bu xüsusda, ötən illər ərzində aparılan fəal siyasi dialoq münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib”, – deyə Şahin İsmayılov vurğulayıb.

Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdıran komitə sədri bildirib ki, Birgə Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir. Çin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, həmçinin ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bir daha “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini ifadə etdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın Azərbaycanın Asiya regionu ölkələri ilə əlaqələrin inkişafında önəmli rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, təşkilatda dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan onunla müxtəlif istiqamətlərdə fəal əlaqələr qurub. Si Cinpinin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət etməsi Çinin ölkəmizin təşkilatla əməkdaşlığına verdiyi önəmin gösətiricisidir. Eyni zamanda, hər iki ölkə Birgə Bəyanatda çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını ifadə edirlər.

Komitə sədri bildirib ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq çox zəngin gündəliyə malikdir. Xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları olduqca genişdir. Bu gün Çinin beynəlxalq bazarlardakı mövqeyi hər kəsə məlumdur. Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görən Azərbaycan bu sahədə Çinin təcrübəsindən yararlanmaq imkanına malikdir.

“Ölkəmiz ötən illərdə strateji coğrafi yerləşməsini doğru qiymətləndirərək, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktur layihələrini uğurla icra edib. Ölkə ərazisində mühüm magistralların, dəmir yollarının, hava və dəniz limanlarının tikintisi Azərbaycana Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala yük daşımalarını həyata keçirməyə imkan verir”, – deyən komitə sədri bildirib ki, bu cür əlverişli infrastruktura malik Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiya qoyan ikinci ölkədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda da bu məsələyə dair xüsusi bənd yer alır.

Şahin İsmayılov qeyd edib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsi, həmçinin bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın artması iqtisadi-ticari əlaqələrimizin inkişafının əyani göstəricisidir. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İqtisadiyyatımızda Çin investisiyalarının artması müşahidə edilir. Azərbaycanda Çin kapitalı ilə qeydə alınan 375 şirkətdən 298-i aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Səfər çərçivəsində həm müvafiq dövlət strukturları, eyni zamanda, şirkətlər arasında imzalanan sənədlər bu istiqamətlərdə, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu xüsusda onu da bildirmək lazımdır ki, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı ilə yanaşı, ötən il şirkət ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanda elektrik avtobusların istehsalının qurulması da nəzərdə tutulur. Eyni zamanda, COP29 ərəfəsində 160 elektrik mühərrikli BYD markalı avtobus ölkəmizə gətirilərək marşrut xəttinə çıxarılıb.

“Dövlətimizin başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində aparılan səmərəli müzakirələr iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm rola malikdir. Bu səfər ölkələrimiz arasında energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməsinə mühüm təkan, Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək”, – deyə o əlavə edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müstəviyə daxil olur

Növbəti xəbər

Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir

Əlaqədar Xəbərlər

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı
Gündəm

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

5 gün əvvəl
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi
Gündəm

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

5 gün əvvəl
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Gündəm

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

5 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Şahin İsmayılov: Azərbaycan-Slovakiya əməkdaşlığının dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir

6 gün əvvəl
Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Gündəm

Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

7 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycanda kifayət qədər böyük enerji potensialı var

7 gün əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı
Gündəm

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

5 gün əvvəl
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi
Gündəm

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

5 gün əvvəl
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Gündəm

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

5 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Şahin İsmayılov: Azərbaycan-Slovakiya əməkdaşlığının dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir

6 gün əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.