İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Avqust, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanla Gürcüstan bölgəyə sülhün gəlməsi üçün addımlar atmalıdırlar

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan-Gürcüstan əlaqələri yeni bir mərhələyə daxil olub. Əməkdaşlığımız daha da inkişaf edir və möhkəmlənir. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi bunun nümunəsidir. Bu addım ikitərəfli münasibətlərin strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

Xatırladaq ki, bir müddət öncə IV Antalya Diplomatiya Forumu çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Prezident İlham Əliyev arasında görüş baş tutmuşdu. Həmçinin ADA Universitetində təşkil olunan beynəlxalq forumda da Prezident Gürcüstanla münasibətləri yüksək qiymətləndirmişdi. Məhz Gürcüstan prezidentinin ölkəmizdə rəsmi səfərdə olması bir daha göstərir ki, qarşılıqlı etimad mühiti getdikcə genişlənir.

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışı olduqca böyük maraq doğurdu. Ölkə başçımızın qonşu Gürcüstanla bağlı səsləndirdiyi fikirlər regional və qlobal miqyasda hər iki ölkənin uğurlu tərəfdaşlığına önəmli mesajdır. Qeyd edildi ki, əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

Azərbaycan və Gürcüstan bölgənin geosiyasi reallığında fəal və mühüm rol oynayır. İki ölkə arasında əməkdaşlıq xüsusilə nəqliyyat, kommunikasiya və enerji təhlükəsizliyi sahələrində çox ciddi səviyyəyə çatıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz, nəqliyyat və kommunikasiya layihələri təkcə region üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji mahiyyət daşıyır. Bu əməkdaşlıq sıradan bir tərəfdaşlıq deyil – bu, enerji və nəqliyyat marşrutlarının taleyini müəyyən edən, qlobal güc balansında yeni səhifə açan bir modeldir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi magistral layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu kimi kommunikasiya arteriyaları Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızıb. Bu layihələr sayəsində region bir enerji və logistika dəhlizinə çevrilib, Azərbaycan və Gürcüstan isə bu böyük oyunda aparıcı aktordur. Qısası, Bakı ilə Tbilisinin birgə atdığı hər addım təkcə iki ölkənin deyil, Avrasiyanın gələcəyini formalaşdırır. Bu əməkdaşlıq yalnız bu günü deyil, sabahı da formalaşdıran tarixi ortaq iradənin göstəricisidir.

Azərbaycanın Gürcüstanla münasibətləri konstruktiv və gələcəyə yönəlib. Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.

Təəssüf ki, hər iki ölkə Avropa İttifaqının və digər beynəlxalq təsisatların qərəzli münasibəti və ikili standartları ilə qarşı-qarşıya qalır. Buna baxmayaraq, Azərbaycan və Gürcüstan öz hədəflərinə birlikdə və ardıcıl şəkildə irəliləyir. Bu proses daha da sürətlənir və inkişaf edir. Əminliklə demək olar ki, bu səfər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq. Qarşıda yeni layihələr, əməkdaşlıq istiqamətləri və perspektivlər durur. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə və bölgədə sülh, əməkdaşlıq mühitinin dərinləşməsinə ciddi töhfə verəcək.

Milli Məclisin deputat Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhə verdiyi töhfə

Növbəti xəbər

Müqavilə-hüquq bazası

Əlaqədar Xəbərlər

“Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir”
Gündəm

“Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir”

16 saat əvvəl
“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

6 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

7 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

1 həftə əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

1 həftə əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Müqavilə-hüquq bazası

“Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir”
Gündəm

“Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir”

16 saat əvvəl
“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

3 gün əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

3 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

4 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.