İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Parlamentin komitə sədri: Azərbaycan-Gürcüstan əməkdaşlığı region üçün yeni perspektiv imkanlar təqdim edir

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar. İki ölkə arasındakı əlaqələr də bu təməl üzərində qurulub və bu gün bütün istiqamətlərdə uğurla inkişaf edir. Bu münasibətlər regionun inkişafında, dost xalqlarımızın rifahının yüksəldilməsində müstəsna önəm daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Yüksək dinamika ilə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin, aparılan müzakirələrin mühüm rol oynadığını söyləyən komitə sədri qeyd edib ki, bu təmaslar əməkdaşlıq üzrə mövcud gündəliyi, perspektiv imkanları nəzərdən keçirmək, birgə atılacaq addımları müzakirə etmək baxımından önəmlidir. Bu xüsusda, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri dost ölkələrimiz arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişafına təkan verəcək.

Ş.İsmayılov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli layihələr ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu gündən-günə möhkəmləndirir. Azərbaycan ilə Gürcüstan tərəfdaş və dost ölkələr kimi bu layihələrin icrasında böyük rola malikdirlər. Prezident İlham Əliyev gürcü həmkarı ilə birgə mətbuata bəyanatında qeyd etdi ki, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Azərbaycan və Gürcüstan bu gün yaşıl enerji dəhlizinin yaradılması prosesində də yaxından iştirak edirlər.

“Eyni zamanda, Azərbaycan-Gürcüstan əməkdaşlığı qitələrarası nəqliyyat bağlantıları üçün önəmli rol oynayır. Ötən illər ərzində ölkələrimizin tranzit potensialının gücləndirilməsi sahəsində mühüm işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası bu istiqamətdə mühüm addımdır. Ümumilikdə görülən işlər ölkələrimiz üçün yeni imkanlar yaradır. Bu xüsusda, Orta Dəhliz layihəsi böyük iqtisadi səmərəyə malikdir”, – deyə Şahin İsmayılov vurğulayıb.

Komitə sədri qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə gündən-günə genişlənən əməkdaşlıq region üçün yeni perspektiv imkanlar vəd edir. Bu isə regiona sülhə və sabitliyə əsaslanan davamlı, dayanıqlı inkişafa şərait yaradacaq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“AI4Culture: Mədəniyyətin Rəqəmsal Transformasiyası” layihəsi uğurla yekunlaşdı – FOTOLAR

Növbəti xəbər

Cənubi Qafqazın sabitliyinin təmin olunmasında Azərbaycan-Gürcüstan əlaqələrinin rolu

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

8 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

8 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

9 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

10 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

23 saat əvvəl
Növbəti xəbər
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi

Cənubi Qafqazın sabitliyinin təmin olunmasında Azərbaycan-Gürcüstan əlaqələrinin rolu

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

8 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

8 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

8 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

9 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.