İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

ADPU-da Qayıdış Konsepsiyası ilə bağlı görüş keçirilib

4 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcmasının təşkilatçılığı, Pedaqoji Universitetin dəstəyi ilə “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya –Qayıdış konsepsiyası tələbə gənclərin tədris prosesində” mövzusunda görüş keçirilib. Universitetin Heydər Əliyev Mərkəzinin Lektoriyasında baş tutan görüşdə Qərbi Azərbaycan İcmasının və ADPU-nun rəhbərliyi, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil ictimaiyyəti və media nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində təhsil müəssisələrində tələbə gənclərlə işin səmərəli qurulması, tələbələrin Qərbi Azərbaycana qayıdış hüququ və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılması, tədris materiallarında Qərbi Azərbaycan həqiqətlərinin əks  etdirilməsi,  İcmanın Gənclər Şurası və universitetlər arasında fəaliyyətlərin koordinasiyası, gənclərin İcmanın fəaliyyətinə cəlb olunması işinə töhvə verməkdir.

Görüş  “Qərbi Azərbaycan TV”nin hazırladığı “Qərbi Azərbaycan” mövzusunda filmin nümayiş etdirilməsi ilə başlayıb. Filmdə Qərbi Azərbaycan tarixi, oradan zorla çıxarılmış azərbaycanlıların taleyi və onların öz doğma yurdlarına qayıdış hüququ barədə vacib faktlar əks olunub.

Görüşün rəsmi hissəsində çıxış edən  Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın həyata keçirdiyi layihə və tədbirlər, Azərbaycan dövlətinin bu ümumilli məsələyə verdiyi dəstək və Qayıdış konsepsiyasının mahiyyətindən danışıb. Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də xalqımızın milli kimliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyır. İndiki Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanın Azərbaycan üçün vacib prioritetlərdən olduğunu qeyd edən İcma sədri gənclərin bu haqda barədə maarifləndirilməsi istiqamətlərindən söz açıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Qərbi Azərbaycan həqiqətlərinin tədris prosesində əks olunmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, müasir tədris materiallarında bu mövzuya geniş yer ayrılmalı, tələbələrə tarixi faktlar sistemli şəkildə çatdırılmalıdır. Eyni zamanda, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin daha intensiv keçirilməsinin vacibliyi vurğulanıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Qərbi Azərbaycan Azərbaycan tarixinin və milli-mənəvi irsinin ayrılmaz parçasıdır. Əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycanın məcburi şəkildə Azərbaycandan qoparılması, həmyerlilərimizin doğma yurd-yuvalarından zor gücünə çıxarılması danılmaz tarixi həqiqətlərdir. Qərbi Azərbaycana qayıdış ideyalarının xüsusilə tələbə gənclər arasında təbliği istiqamətdə maarifləndirilməsi olduqca böyük əhəmiyyət kəsb edən məsələ olduğunu vuğulayan rektor, milli şüurlarını inkişaf etdirməsi baxımından mövzuların tədris proqramlarına inteqrasiya etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Tədris prosesində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, coğrafiyası ilə bağlı materialların daha geniş şəkildə öyrədilməsi, elmi konfransların təşkili və tələbələrin bu məsələlərə daha çox cəlb olunması istiqamətində əməli addımlardır və bu baxımdan universitetlərin, ali təhsil ocaqlarının üzərinə  böyük məsuliyyət düşür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği və bu mövzuda maarifləndirmə tədbirlərini daim ön planda saxladığını qeyd edən C. Cəfərov 2024-cü ilin martından etibarən ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi fəaliyyətə başladığını, universitetin professor-müəllim heyətinin icmanın fəaliyyətində fəal rol oynadığını bildirib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova öz çıxışında Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliği və tanıdılması, ictimaiyyətin bu mövzuda məlumatlılığının artırılması  barədə söz açıb, İcmanın və Pedaqoji Universitetin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin və Qərbi Azərbaycan İcmanın Gənclər Şurasının sədri Şahin İsmayılov çıxışında tələbə-gənclərin bu məsələdə daha fəal iştirakının vacibliyini qeyd edib. O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında geniş yayılması və onların bu prosesdə fəal iştirak etməsi gələcək nəsillər üçün mühüm rol oynayır.

İcmanın gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev tələbələr arasında ünsiyyət və ideya müsabiqəsinin təqdimatını edib. O, müsabiqənin məqsədinin tələbələrin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı yaradıcı ideyalar irəli sürməsi və bu mövzuda maarifləndirici layihələr təklif etməsi olduğunu qeyd edib. Daha sonra görüş digər qonaqların çıxışları ilə davam edib.

Tədbirin sonunda Qayıdış konsepsiyasından irəli gələn məsələlərib ali təhsil proqramlarında əksi, gənclər arasında təbliği istiqamətləri ilə bağlı geniş müzakirə aparılıb, təklif və ideyalar müzakirə edilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanda qadınlara göstərilən diqqətin bariz nümunəsi

Növbəti xəbər

Milli Məclisin deputatı Şahin İsmayılov DİA -da tələbələrlə görüşdü

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

5 gün əvvəl
Növbəti xəbər
Milli Məclisin deputatı Şahin İsmayılov DİA -da tələbələrlə görüşdü

Milli Məclisin deputatı Şahin İsmayılov DİA -da tələbələrlə görüşdü

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.