İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Müstəqilliyin bərpasından sonra hər iki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji əməkdaşlıqlar keçən müddətdə bütün sahələr üzrə uğurla davam etdirilir. Bu gün, strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan davamlı olaraq öz imkanlarını təqdim etməklə region dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Ölkəmizin qısa müstəqillik tarixində sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən təxminən 120-dən çox sənəd imzalanıb. 8 mart 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iki dost ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək templərlə genişlənir. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək respublikamız Gürcüstana 3,3 milyard dollardan çox  investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Enerji sektoru əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Hazırda dost ölkədə “SOCAR” brendi ilə çoxsaylı yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan şirkəti Gürcüstanın “mavi yanacaq” təchizatı şəbəkəsində böyük paya sahibdir. Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır.  Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən də bağlayır. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, tam əminliklə demək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün, artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Əlbəttə ki, bu münasibətlərin dostluq qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə verir. Azərbaycanın yaratmış olduğu yeni reallıqlar, həyata keçirdiyi iqtisadi layihələr, bütövlükdə regionu və əməkdaşlıq etdiyi ölkələrin maraqlarını əhatə edir. Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına, xüsusən də, Avropaya çıxarılması Gürcüstanla formalaşmış ənənəvi münasibətləri yeni bir müstəviyə daşıyır. Artıq, Gürcüstan vasitəsi ilə Avropaya qaz ixracının artırılması və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Bununla yanaşı, elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün imkanlarından da geniş istifadə üçün perspektivlər mövcuddur. Paralel olaraq isə, Asiyadan Qərbə və əksinə daşınan yüklərin artması yeni reallıq yaradıb. Bu baxımdan da, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır ki, bu da yaxın gələcəkdə daha geniş imkanların formalaşmasına zəmin yaradacaqdır. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin iştirakı ilə yeni bir inkişaf konsepsiyasının formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu mənada, Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması üçün mühüm imkanlar yaranıb. Öz növbəsində, rəsmi Tbilisi də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. Yeni əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan−Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu, sabit inkişafının qarantına çevrilib və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir. Bir reallığı unutmaq olmaz ki, Azərbaycan-Gürcüstan dostluğu, Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müqavilə-hüquq bazası

Növbəti xəbər

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 həftə əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

4 həftə əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

1 ay əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

2 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 ay əvvəl
Növbəti xəbər
Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.