İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Noyabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan hər zaman özünün müstəqil siyasətini əzmlə davam etdirəcək

11 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində cənab prezident iştirak edərək, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verərək bir sıra məsələlərə aydınlıq gətirdi.

Müsahibəsində dövlətimizn başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd edərək, onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini, pilotların və bütün ekipajın böyük qəhrəmanlıq göstərdiyini bildirdi.

Prezident İlham Əliyevin AZTV-yə müsahibəsində xüsusi bir məqam isə Rusiyaya yönələn prinsipial fikirləri dövlət başçımızın Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi oldu. Prezident Azərbaycanın Qərb və Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu, lakin özünün milli mənafelərini heç bir halda güzəştə getməyəcəyini bir daha bəyan etdi.

Dövlət başçısının AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiya tərəfinin bu hadisə ilə əlaqədar səsləndirdiyi iddialara kəskin cavabı da xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin həmin fikirləri dünya mediasında da geniş işıqlandırıldı. Bu mövqe ifadəsi onu göstərir ki, Azərbaycan hər hansı təzyiqə rəğmən, özünün müstəqil siyasətini əzmlə davam etdirəcək.

Məlum olduğu kimi, Rusiya tərəfi artıq təyyarə qəzasına görə öz səhvini etiraf etdi və ölkənin Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq etdi. Qeyd etməliyik ki, bütün bu proses və nəticə bizim Prezidentin qətiyyətli prinsipiallığı nəticəsində baş verdi.

İlk gündən Prezident İlham Əliyev bu məsələyə çox operativ reaksiya verdi, Rusiyaya səfərindən geri döndü, müşavirə keçirərək komissiya yaratdı və bütün zəruri addımları atdı.

Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu və Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu. Yəni Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə təəssüflənsin və üzrxahlıq etsin. Artıq Azərbaycan məqsədinə nail oldu və bu, Prezidentin rəhbərliyi altında Azərbaycanın uğuru kimi qiymətləndirməlidir deyə düşünürəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiyini, xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirdiyini söylədi. Bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirdiyini qeyd etdi. Bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirdiyini, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini bir daha müsahibəsində qeyd etdi.

Faciənin baş verməsindən sonra, Qazaxıstan və Azərbaycanın yalnız sözdə deyil, əməldə də müttəfiq olmaları bir daha özünü sübut etdi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tristar Triatlon Klubu özünün 2-ci ildönümünü üzvləri və seçilmiş qonaqların iştirakı ilə qeyd edib

Növbəti xəbər

“İlham Əliyevin fərqi…”

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Yeni idarəetmə modelinin əhəmiyyəti

4 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Qarabağ Zəfərinin zirvəsi

21 saat əvvəl
Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir
Gündəm

Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

44 günlük Şanlı Savaş

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır

2 gün əvvəl
Növbəti xəbər
“Özünüzü dolamısınız, yoxsa bizi?!”

“İlham Əliyevin fərqi...”

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanda kadr islahatlarının effektiv nəticəsi

4 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Yeni idarəetmə modelinin əhəmiyyəti

4 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Xüsusi

Şuşa – Azərbaycanın ruhu, mədəniyyət beşiyi

21 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Qarabağ Zəfərinin zirvəsi

21 saat əvvəl
Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir
Gündəm

Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.