İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Kaş sənin 3 canın olaydı, cənab Kşnyakin…”

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dünən çox dəyərli tanışlarımdan biri ilə qarşılaşmışam. Ağbirçək adamdır. Baxıram, yeriməkdə əməllicə çətinlik çəkir. Soruşuram, ay anam, sən axı insultdan sonra normal müalicə almışdın, tam düzəlmişdin, indi nədir bu vəziyyət? Cavab verir ki, son 3 gündür belə olmuşam. Təyyarə qəzası ilə bağlı xəbərləri izləyəndən sonra. Ayağım yer tutmur, quruyur, donur. Hərdən sanıram, həmin təyyarədəki oturacaqlardan birinə sıxışıb qalmışam, elə bilirəm, indi yardım düyməsini basacağam və Hökümə qızım dərhal gəlib mənə kömək edəcək…

Bəzən insan adi bir kinonun təsirindən çıxa bilmir. Hansısa fraqment, epizod beyində ilişib qalır və görəndə ki, artıq lazım olmayan qədər irəliləmisən, dərhal özünə təsəlli verməyə nəsə tapırsan. Məsələn, “ kinodur da, aktyor orada rol oynayıb pul qazanır, mən isə burda fikir çəkirəm” kimi üsullarla.

Amma bir də var, reallıq. Hansı ki, nə geridönüşü var, nə müalicəsi, nə də təsəllisi. Oldu və bitdi. Nöqtə. Son.

Bir dəfə internet üzərindən oxumuşdum, virtual maşın oyununun yaradıcısından soruşublar ki, real həyatda maşın sürməklə, oyunda maşın sürməyin əsas fərqi nədir? Cavabı belə olub: “Oyunda 3 canın var, real həyatda isə sadəcə 1….”

Kaş qəhrəman Kşnyakinin də 3 canı olaydı. Böyük bir KAŞ! …İnanın, o birinci həmlədə 30 can xilas etdisə – halbuki bunun özü belə dünyanın ən böyük möcüzələrindən biridir – ikinci, üçüncü cəhddə təyyarəni tam heyətlə, sağ-salamat ünvana çatdırardı…

Hərdən o fikirlərə də tez-tez rastlayıram ki, “biz o valideynlərin nə çəkdiyini bilirik…”

Xeyr, mənim əzizlərim! Mümkün deyil! Hə, dərdə şərik olarıq, ağlayarıq, dərman içərik, faciənin miqyasını anlayarıq… Fəqət, əmin olun, onların nə çəkdiyini bilmək üçün sadəcə onların yerində olmaq lazımdır. Çünki bu insanlar hətta övladı ağır xəstə olan valideynlərdən belə daha çətin vəziyyətdədirlər. O anlamda ki, birinin barı faciə öncəsi toparlanmaq üçün zamanı olur, digəri isə xəbəri qəfil alır…

Yəni dərddən böyük dərd var….

Hadisədən dərhal sonra siyasi partiyalar bəyanat yaydı. Başsağlığı bəyanatı. Təfsilatı niyə xüsusi vurğulayıram? Çünki burada başsağlığından və faciə üzüntüsündən savayı həqiqətən heç nə yox idi.

Tam 24 partiya. Hər kəs tərəddüdsüz, sorğu-sualsız imza atdı. Sadəcə 2 partiyadan başqa. Və onlar da bu səbəbdən (?!)  kənarda qaldılar ki, özlərini bizdən bilmirlər, bizi bəyənmirlər, bizimlə eyni vərəqdə imza həmrəyliyi göstərmək istəmirlər…

Bu nə bəsit yanaşmadır, bu nə cəllad təfəkkürüdür, bəylər?! Niyə? Səbəb?

Başsağlığı vermək ayıbmı işdir? Siyasətin və güman ki, hətta iqtidar və müxalifət anlayışlarının belə varlığından, necəliyindən xəbərsiz olan 13 yaşlı Məhəmmədəlinin, təyyarədəki sərnişinlərin canını öz canından üstün tutan Kşnyakinin, üzü ölümə getdiyini bilə-bilə yenə də peşəkarlığına sadiq qalan və uzun müddət beynimizdən silinməyəcək kövrək səsi ilə “hər şey yaxşı olacaq”  söyləyən Hökümənin faciəsinə üzülmək qəbahətdirmi? Əsl günahkarların tapılmasını, hadisə ilə bağlı bütün təfərrüatların ciddi şəkildə araşdırılmasını, mövzunun gündəmdən əsla və əsla çıxmamasını tələb etmək utanılacaq bir işdirmi?

Hələ “Azadlıq radiosu” qəza ilə bağlı kollaj yayıb. Təsəvvür edirsinizmi? Kollaj!

Nə deməkdir bu? Hara qədər enməkdir bu? Rəzilliyin hansı dərinliyində qərarlaşmaqdır bu?

Gerçəkdən, sözün bitdiyi yerdir.

Elə hər mənada.

Tək bildiyim odur ki, Tanrı İlham Əliyevi bu millətə və bu dövlətə çox görməsin.

50 cəbhədə vuruşur bizlər üçün.

50 cür namərdlə mübarizə aparır, Azərbaycanı hifz eləmək, qorumaq üçün.

Və min şükür, bu döyüşlərin hamısından qalib ayrılır…

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AZTV-də 5 saatlıq Yeni il şousu

Növbəti xəbər

Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərlə ilin yekunlarına dair hesabat görüşü keçirilib

Əlaqədar Xəbərlər

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu
Gündəm

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

21 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

4 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

5 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

5 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

5 gün əvvəl
Növbəti xəbər
Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərlə ilin yekunlarına dair hesabat görüşü keçirilib

Qərbi Azərbaycan İcması ilə fəal əməkdaşlıq etmiş gənclərlə ilin yekunlarına dair hesabat görüşü keçirilib

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu
Gündəm

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

21 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

24 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

2 gün əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.