İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Partiyamız bütün bu dövr ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmişdir

7 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. İllər keçdikcə baş verən hadisələrin, hər bir ölkənin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərin mahiyyəti daha dərindən dərk olunur. Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya olmaqla yanaşı, ölkəmizin həyatında yeni bir mərhələnin  başlanğıcı, dönüş nöqtəsi oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə tarixi müraciətində öz əksini tapmışdır. “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti özündə bütün məqamları ehtiva edirdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, Ulu Öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinin nəticəsində ölkənin düşdüyü ağır vəziyyətdən xilasının mümkünlüyü geniş şəkildə öz əksini tapmışdır. Belə bir əminlik ifadə olunmuşdur ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ümummilli Lider Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə partiyanın bu gününə və gələcəyinə inamını ifadə etmişdir. Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

YAP fəaliyyətə başladığı ilk gündən xalqın xoşbəxt gələcəyi naminə Heydər Əliyev tərəfindən işlənib-hazırlanmış proqrama uyğun fəaliyyət göstərmişdir. Partiyamız bütün bu dövr ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, ərazi bütövlüyünün təmin edilməsinə, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulmasına, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılmasına müstəsna ideoloji dəstək vermişdir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirmiş, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.
2003-cü ildən başlayaraq YAP Sədrinin birinci müavini kimi təşkilata rəhbərliyi həyata keçirən Prezident İlham Əliyevin səmərəli və novator fəaliyyəti 2005-ci ildə partiyanın III Qurultayında onun yekdilliklə YAP-ın Sədri seçilməsini şərtləndirdi. Bu, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasına aparan yolun başlanğıcı idi. YAP-ın ötən il baş tutmuş növbədənkənar VII Qurultayı isə təşkilatın siyasi həyatında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Təşkilatın müasir çağırışlara uyğun yeni Məramnamə və Nizamnaməsinin qəbul olunması YAP-ın sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması isə idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amildir.

Ən əsası, Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin qazanılması üçün heç də sonuncu şərt olmayan xalq-Prezident-ordu birliyinin, siyasi həmrəyliyin əldə olunmasında YAP-ın rolu əvəzedilməzdir. Bununla siyasi təşkilatların rolu və yeri baxımından hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. Cənab İlham Əliyev YAP-ın cəmiyyətdəki və ideoloji müstəvidəki rolunu dəyərləndirərkən söyləmişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir… Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır”.

.

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət və hadisədir

Növbəti xəbər

YAP yeni zirvələrə doğru inamla addımlayır

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

5 gün əvvəl
Növbəti xəbər
YAP yeni zirvələrə doğru inamla addımlayır

YAP yeni zirvələrə doğru inamla addımlayır

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.