İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Fevral, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: Azərbaycan kiçik ada dövlətlərinə heç zaman dəstəyini əsirgəməyəcək

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi COP29 çox uğurla davam etməkdədir. Noyabrın 13-də Kiçik Ada Dövlətlərinin Sammiti keçirildi. Tədbirdə 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi. Sammitdə Prezident İlham Əliyev mühüm məsələlərə toxundu. Kiçik ada dövlətlərinin qarşılaşdığı ekoloji problemlərdə Azərbaycanın onlara dəstəyi ilə yanaşı, Paris və Amsterdamın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin pislədi.

Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük payı var. COP29 böyük mühüm platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə konfrans problemləri nəzərə alınmayan və ya səsləri az eşidilən kiçik ada dövlətləri üçün olduqca vacibdir.

Dövlət Başçımızın Kiçik Ada Dövlətlərinin Sammitində çıxışı məhz, kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onlara maddi-texniki dəstəyin göstərilməsi idi.

Azərbaycan tək çağırışla kifayətlənmir. Dövlət başçımızın qeyd etdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə hər zaman dəstək nümayiş etdirib. Bunun baris nümunəsidir ki, Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanmışdır. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.

Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri görür və onlara dəstək olmağa çalışır. Bizim şüarımız da yaşıl dünya naminə həmrəylikdir. Biz bunu əməlimizlə göstərməyə çalışırıq. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalanları bu prosesə cəlb etmək bizim əsas hədəflərimizdəndir.

Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Ölkəmizin COP29 tədbirinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi, respublikamızın  iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir.

O cümlədən Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılmaqdadır.

Cənab Prezident çıxışı zamanı Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Avropa İttifaqının “bağ”, dünyanın qalan hissəsinin isə “cəngəllik” kimi təsvir edib və Azərbaycanın COP29 sədrliyini pisləməsinə də kəskin münasibətini bildirdi və düşünürəm ki, Cozep Borrel cavabını aldı.

Bu gün belə təfəkkürlə yanaşmaq Borrelin və onun kimilərin hansı irqçi təfəkkürə malik olduğunu açıq-aydın göstərir. Təəssüf ki, dünyanın bir sıra dövlərləri Avropanın həyata keçirdiyi siyasətdən əziyyət çəkirlər. Xüsusilə dəniz aşırı regionlarda iqlim dəyişiklikləri nümunəsində də bunu görürük. Azərbaycan COP29 çərçivəsində müəyyən addımlar atır. Ancaq bəzi Avropa dövlətləri irqçi təfəkkürlə digər millətlərə dözümsüz münasibətdən xilas ola bilmir. Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışdı. COP29-da bir çox dövlət başçılarının iştirakı göstərdi ki, bu cəhdlərin nəticəsi olmadı. Azərbaycan bu istiqamətdə də öz uğurlarını təmin edə bildi. 80-dən çox dövlət və hökumət başçısının iştirakı, 70 mindən çox iştirakçının qediyyatdan keçməsi bu fikri bir daha təsdiqləyir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə etmişdir

Növbəti xəbər

GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirib

Əlaqədar Xəbərlər

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.
Gündəm

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.

2 dəqiqə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdı

16 dəqiqə əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Bu görüşlər ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunun yüksəldiyini açıq şəkildə nümayiş etdirir

3 saat əvvəl
Deputat: Azərbaycanın geosiyasi əhəmiyyəti artıb
Gündəm

Deputat: Azərbaycanın geosiyasi əhəmiyyəti artıb

3 saat əvvəl
Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir
Gündəm

Qaya Məmmədov: ATƏT aktual qala bilməsi üçün səhvlərini təhlil etməlidir

5 saat əvvəl
Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!
Gündəm

Rusiyadan Azərbaycana qarşı yeni hibrid hücum dalğası hazırlanır!

23 saat əvvəl
Növbəti xəbər
GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirib

GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.
Gündəm

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının 33-cü ildönümü qeyd olunub.

2 dəqiqə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdı

16 dəqiqə əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Bu görüşlər ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunun yüksəldiyini açıq şəkildə nümayiş etdirir

3 saat əvvəl
Deputat: Azərbaycanın geosiyasi əhəmiyyəti artıb
Gündəm

Deputat: Azərbaycanın geosiyasi əhəmiyyəti artıb

3 saat əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

3 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.