İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yeni dönəm, yeni strategiya

8 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir”

Sentyabrın 1-də keçirilən Parlament seçkilərinin nəticəsi olaraq Azərbaycanda artıq 125 yeni Milli Məclis üzvü müəyyən olundu. Sentyabrın 23-də isə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezident İlham Əliyev iclasda proqram xarakterli çox geniş bir çıxış edib. Bu çıxışla dövlətimizin başçısı yeni formalaşmış parlamentin üzvlərinə növbəti 5 il üçün yol xəritəsini vermişdir. Bu çıxışda, ümumiyyətlə, Azərbaycan dövlətinin və xalqının yeni dönəmdə fəaliyyət strategiyasını göstərən bir sıra nüanslar vardır: “Əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.

Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.

Bu gün Qərb dövlətləri Ermənistanı bizə qarşı yönləndirirlər. Məqsədləri odur ki, Azərbaycan-Ermənistan münasibətləri müsbətə doğru yönəlməsin. Onlar sülh prosesini pozmaq üçün hər bir addımı atırlar. Fransa kimi Qərb dövlətlərinin məqsədləri bəllidir. Belə müstəmləkəçi dövlət daima Avropada, xüsusən Afrikada həmişə mühariblər, nifaqlar salıb və işğalçılıq siyasəti yürdüb. Bu gün də Fransa müstəmləkəsinə qarşı mübarizə aparan dövlətlər var. Məsələn, Yeni Kaledoniya dövlətini bu baxımdan misal çəkmək olar. Ümumiyyətlə, göründüyü kimi, Fransanın məqsədi təxribatçılıqdır. Bu ölkə öz təxribatçılığını Cənubi Qafqaz regionunda da yaratmağa çalışır. Bu haqda da Prezident danışaraq bildirib ki, Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir: “Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır”. Əlbəttə nə qədər çalışsalar da Azərbaycandakı daxili təhlükəsizliyi poza bilmirlər. Sadəcə xarici təhdidlərlə regionda təhlükə yaratmağa cəhdlər edirlər. Lakin bunların heç birinin Azərbaycana təsiri ola bilməz.

Xüsusən cənab Prezident İkinci Qarabağ müharibəsi və anterior əmaliyyatı nəticəsində suverenliymizin tam bərpa olunması ilə bağlı qürurla danışmışdır. Dünya gördü ki, hansısa xalq birlik, həmrəylik göstərərək öz torpaqlarını düşmən işğalından azad edə bilər. Prezident deyib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır: “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”. Dövlətimizin başçısının bu çıxışdan göründüyü kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində çox böyük həmrəylik göstərdi və bizim dövlətimiz dünyaya bir güc nümayiş etdirdi. Bununla beynəlxalq aləm Azərbaycan xalqının həmrəyliyinin gücünü gördü. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə bitdi və biz torpaqlarımızı erməni işğaldan azad etdik. 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı nəticəsində isə suverenliyimiz tam bərpa edildi. Bu gün Azərbaycan müstəqil suveren dövlətdir. Artıq bundan sonra Azərbaycan diqtəsi ilə regionda yeni bir reallıq yaradılıb. İşğal dövrünə artıq son qoyulub. Bu ərazilərdə abadlıq işi aparılır. İşğaldan azad olunan torpaqlara “Böyük qayıdış” mərhələli şəkildə davam edir. Həmin yerlərin sakinləri əvvəlki dövrdə olduğu kimi, öz həyatlarını yaşayırlar. Bu o deməkdir ki, tarixən, bu gün və bundan sonra da Qarabağ Azərbaycanındır.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Yaşıl Gələcək Üçün” layihəsi həyata keçirilib!

Növbəti xəbər

İdeoloji təxribatlara qarşı xalqımızın birliyi

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

5 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan Xalq Cümhüriyyətinin tarixi əhəmiyyəti

5 gün əvvəl
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu
Gündəm

Gələcək nəsillərə örnək

5 gün əvvəl
Növbəti xəbər
Azərbaycan-Özbəkistan münasibətlərində tarixi məqam

İdeoloji təxribatlara qarşı xalqımızın birliyi

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.