İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Mühüm geosiyasi amil

10 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün, müstəqil Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində layiqli bir yer tutur. Şübhəsiz ki, bu da öz növbəsində, dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə, eləcə də, beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət, məhz Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır. 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş və dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. Həmin illərdə Azərbaycanın istər daxili, istərsə də, xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də, fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlığı ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu siyasi kursu dinamik şəkildə inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla inkişaf etdirən ölkə rəhbərinin yüksək diplomatik istedadı sayəsində, ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Nəticədə, Azərbaycan, yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də, bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşır. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl, sistemli addımlar atır. Hazırda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir. Bu məsələdə, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Eləcə də, ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilib. Regionun siyasi, iqtisadi, humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri, artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəz rolunu oynayır. Azərbaycan, yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ölkəmiz, artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda, regionda, dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir, mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmişdir. Bu da, təbii ki, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı, faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Əsası, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən peşəkar şəkildə inkişaf etdirilməsi nəticəsində, Azərbaycanın dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Ümumiyyətlə, həyata keçirilən düşünülmüş, praqmatik siyasət beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və ölkə rəhbəri, cənab İlham Əliyevin qlobal miqyasda artan nüfuzunun mühüm göstəricisidir. Artıq, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə münasibətlər keyfiyyətcə yeni müstəvidə inkişaf etdirilir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sabitlik adası, sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsidir. Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirir…

 

 

 

 

 

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Prezidentin toxunduğu məsələlərin hər biri reallıqları yenidən dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi

Növbəti xəbər

Niyaməddin Əsgərov: Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

5 gün əvvəl
Növbəti xəbər
Niyaməddin Əsgərov: Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var

Niyaməddin Əsgərov: Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.