İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 Aprel, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Şuşadan “Böyük 20”liyə verilən təklif

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Nüvə silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər”

Bu gün Azərbaycan Qərbin yalan məlumatları və dezinformasiyası ilə mübarizə aparır. Ölkə olaraq dezinformasiyaya məruz qalmışıq. Elə iyulun 20-22-də keçirilən 2-ci Şuşa Qlobal Media Forumu da məhz bu məsələyə həsr olunub. Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda ötən il iyulun 21-23-də keçirilib. Builki forumda aparılan müzakirələr dezinformasiyaların qarşısını almaq məqsədi daşıyırdı. Forumunda 50-dən çox ölkənin müxtəlif media nümayəndələri bu mövzunu bir arada müzakirə ediblər. Onların təcrübələrini bölüşmələri Azərbaycan üçün çox önəmlidir. Forumda “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” adlı sessiyada bu haqda gemiş fikir mübadilısi aparılıb. Süni zəka ilə media arasında əlaqənin qurulmasının indiki zamanda çox vacib olduğu vurğulanıb. Sessiyada, həmçinin texnologiya və media sahələrinin nümayəndələrinin, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılmasında və yayılmasında süni intellektin yaratdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edilib. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya da təşkil olunub.

Ekpertlərə görə, bu gün qlobal media müstəvisində yalan məlumat və dezinformasiya dedikdə önəmli müzakirə mövzusundan biri süni intellektdir. Əlbəttə ki, süni intellektin müsbət və mənfi tərəfləri var. Bunu obyektiv şəkildə müzakirə etmək üçün Şuşa Qlobal Media Forumu çox böyük platformadır. Forum çərçivəsində panel müzakirələrindən bir daha aydın olub ki, mediada süni intellektdən istifadə daima diqqətdə saxlanılmalıdır. Bu barədə Prezident İlham Əliyev Forumda fikirlərini bildirib: “Məsələ yalnız Azərbaycandan getmir. Nüvə silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr var ki, bir çoxlarına – insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər. İctimai şəxslərin fərqli feyk video, vizual və audioməlumatlarla tamamilə yamsılanması gedir. Düşünürəm ki, siz də, ümumiyyətlə media ictimaiyyəti siyasətçilərə yol göstərməlidir. Siyasətçilər çox ciddi qərarlar qəbul etməlidirlər ki, müəyyən mənada bunu məhdudlaşdırsınlar. Çünki bu, yalnız feyk xəbər deyil. Bu, insanların təhlükəsizliyinə, həyatına, cəmiyyətə, ölkələrə, fərdlərə kifayət qədər ciddi təhlükədir, təhdiddir, onların şəxsi həyatına, fəaliyyətinə ciddi təhdiddir. Düşünürəm ki, bu mövzu bu gün, sabah və birisi gün sizin tərəfinizdən müzakirə olunacaq mövzulardan biridir. Zənnimcə, beynəlxalq səviyyədə belə bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər ki, buna son qoyulsun”.

Hazırda Cənubi Qafqaz dünyanın daha çox diqqətindədir. Dünyada baş verən qlobal siyasi cərəyanlar bu regiona da öz təsirini göstərir. Azərbaycan artıq Cənubi Qafqaz regionun inkişafı, iqtisadi rifahına çalışır. Prezident İlham Əliyev bu haqda öz aydın mövqeyini forumda gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadzenin sualına cavabında açıqlayaraq bildirib ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir: “Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, – Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, – biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.

Mən dəfələrlə söyləmişəm və dərindən təəssüf edirəm ki, Cənubi Qafqaz ölkələri – hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi”. Göründüyü kimi, Azərbaycan üçün Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq formatı hər zaman aktualdır. Bu gün Azərbaycanın həyata keridiyi regional və qlobal layihələrdə region ölkələri də fəallıq göstərməlidir. Əlbəttə ki, öncə Ermənistan sülh gündəliyinə əməl etməlidir. Əsrlər boyu bu regionun bərabər yaşayan xalqlarının əvvəlki ənənələrini davam etdirməsinə heç bir xarici qüvvə təsir göstərməməlidir. Yenidən birgə yaşayışın baş verməsi üçün region ölkələri ortaq layihələr həyata keçirməlidir. Azərbaycan öz gücünə güvənib şansı dəyərləndirərək addımlar atır və Ermənistanı daimi olaraq sülhə dəvət edir. Ümid edirik ki, region ölkələrinin rəsmiləri Prezident İlham Əliyev bölgə ilə bağlı dediklərini nəzərə alacaqlar.

Paşa-zadə  Kamal Çingiz oğlu,

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur

Növbəti xəbər

2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan – Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Azərbaycan Respublikası və Çex Respublikası arasında çox fəal siyasi dialoq mövcuddur

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Azərbaycan Çexiya üçün etibarlı tərəfdaşdır

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ukrayna Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfədir

3 gün əvvəl
Növbəti xəbər

2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar
Sosial

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

19 saat əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

22 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Azərbaycan qazının Avropadakı rolu genişlənir

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan – Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.