İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Yanvar, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycanın enerji siyasətinin üstünlüyü

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hazırda Azərbaycanın təbii qazı Avropa ölkələrinin bir çoxunun milli enerji sistemi üçün əvəzedilməz rol oynayır.

Son illər Azərbaycanın Avropanın enerji təminatında çəkisi əhəmiyyətli dərəcədə artıb. Xüsusən Avropa ölkələrinə tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı yaranıb. Çünki alternativ mənbə təhlükəsizlik baxımından önəmlidir. Buna görə də alternativ mənbəyə təkcə marşrut kimi baxılmamalıdır. Azərbaycanla əməkdaşlıq etməklə Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini qorumuş olurlar. Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında Azərbaycanın təbii qazını alan ölkələrin adlarını çəkib: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”. Hazırda yeni mənbə və yeni marşrutlar vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına, Türkiyə bazarına nəql olunur. Əlbəttə ki, bu, ölkəmizin apardığı enerji siyasətinin üstünlüyüdür.
Yeri gəlmişkən, dünya mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakından və çıxışından yazıb. Belə ki, Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakına dair geniş məqalə dərc edib. “İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısında görüşləri” sərlövhəli məqalədə dövlətimizin başçısının dünya liderləri ilə apardığı müzakirələr barədə ətraflı məlumat verilib. Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban ilə söhbəti zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib. Görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ölkələr arasında ikitərəfli münasibətlərə toxunulub, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırılıb. Cənab Prezident Oksfordada yuxarıda adları çəkilən mötəbər insanları noyab ayında Bakıda keçiriləcək COP29-a dəvət edib. Onlar COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edərək dəvətə görə təşəkkürlərini bildirib və bu tədbirdə məmnunluqla iştirak edəcəklərini vurğulayıblar.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə toplantısı çərçivəsində çıxışı Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Geniş oxucu kütləsinə malik “interpress.ge”, “realnews.ge”, “24news.ge”, “aktual.ge” portallarında yayılan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycan qazının Avropaya nəqlinin artırılacağı, Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas ölkələrə nəql ediləcəyi ilə bağlı fikirləri əksini tapıb.
Bu gün Avropada qaza tələbat ən yüksək həddə çatıb. Belə bir məqamda Azərbaycanın təbii qazı Avropa ölkələrinin bir çoxunun milli enerji sistemi üçün əvəzedilməz rol oynayır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu artıran daha bir mühüm amildir. Prezident İlham Əliyev dəyirmi masada qeyd edib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır: “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır”.
Azərbaycan qazı əsasən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqil olunur. Bu nəqilə də 2020-ci il dekabrın 31-də başlanılıb. Azərbaycanın təbii qazının boru kəmərləri ilə Avropa bazarına çıxarmağı ölkəmizin tarixində bir ilkdir. Dünyada təbii qazın ən iri idxalçısı Avropa bazarıdır. Azərbaycan bu bazara çıxmaqla öz ixrac imkanlarını artıq şaxələndirib.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

Növbəti xəbər

Azad mətbuatın inkişafına verilən dəstək

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

7 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

2 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Dünya azərbaycanlıları üçün mənəvi körpü

1 ay əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 ay əvvəl
Növbəti xəbər
Xankəndindən Zəfər çıxışı

Azad mətbuatın inkişafına verilən dəstək

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

2 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

4 gün əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

6 gün əvvəl
İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gündəm

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.