İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.

Əvvəla, Bəyannamənin məhz  Şuşa  şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz  Azərbaycanın əzəli tarixi  ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun – Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu; 2021-ci ilin 15 İyun – Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında”  Şuşa Bəyannaməsinin imzalanması  bir daha tarixi köklərə,  möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının  keçdiyi inkişaf yoluna nəzər salmağı  zərurətə çevirir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti  hələ 10 dekabr  2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdi.  Şuşa Bəyannaməsi məhz  bunun bariz nümunəsi oldu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin  təminatıdır. Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsi kimi hesab etmək olar.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi. Düzgün milli ideologiya olmadan xalqı, əhalini millət kimi birləşdirmək, millət və dövləti isə bir-birinə sarsılmaz surətdə bağlamaq və millət-dövlət fenomeninə nail olmaq müşkül olur. Ulu Öndərin Azərbaycançılıq məfkurəsi bu vəzifənin öhdəsindən gəlmək, Azərbaycanın milli dövlətini möhkəm və etibarlı əsaslarla qurmaq missiyasını uğurla yerinə yetirmək yolunda misilsiz rol oynamışdır. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 2021-ci ilin 15 İyun – Milli Qurtuluş Günündə baş verməsi bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və onun əbədiliyinin daha bir zəmanətidir.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam edir

Növbəti xəbər

Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

4 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

4 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.